Bu gün:

Qazaxıstanda “ulusun böyük bayramı” qeyd edilib


Novruz bayramının Qazaxıstanda əsrlər boyu davam edən qədim tarixi var. Qazax torpaqlarında ilk Novruzun skiflər (saklar) dövründə qeyd olunmağa başladığı bildirilir.

Qazaxıstan 65 il sonra müstəqilliyini əldə etdikdən sonra 1926-cı ildə Sovet İttifaqı dövründə qadağan olunmuş Novruz bayramının qeyd edilməsi yenidən bərpa edilib.

1991-ci il martın 15-də Novruzun dövlət bayramı kimi qəbul edilməsi ilə Qazaxıstanda yarım əsrdən artıqdır ki, qeyd olunmayan Novruz atəşi yenidən alovlanıb.

Baharın gəlişi ilə gecə ilə gündüzün bərabərləşdiyi Novruz əsrlər boyu ucsuz-bucaqsız çöllərdə təbiətlə təmasda olan qazaxlar üçün xüsusi əhəmiyyət kəsb edir.

Novruz bayramı zamanı ölkə boyu ağ çadırlar qurulur,  meydanlarda ənənəvi ləzzətlər hazırlanır, xalq musiqiləri ifa olunur. Qazaxıstanda insanlar ev-eşiyi təmizləyir, ağac əkir, süfrə açır, ağsaqqalları ziyarət edir, küsülü olanlar barışır,  hamı öz milli paltarlarını geyinir, Novruz şənliklərində iştirak edir.

Bozok Tarix-Mədəniyyət Muzeyi Etnoloq və tarixçi Kajimurat Tölegenulı Novruz bayramının qazax xalqı üçün əhəmiyyətindən və ölkədə milli kimliyin formalaşmasında rolundan danışıb.

Tölegenulı Novruzun təbiətlə harmoniyada yaşayan və köçəri mədəniyyətdən gələn qazaxlar üçün "ilin başlanğıcı" mənasını verdiyini ifadə edərək "Keçmişdə indiki kimi yollar və nəqliyyat  yox idi. Ona görə də yayı-qışı müxtəlif yerlərdə keçirən at belində yaşayan köçəri xalq üçün Novruzun gəlişi uzun və sərt qış mövsümündən sonra uzaq qohumlara qovuşmaq bayramı idi”,-deyə bildirib.


Mənbə:TRT HABER

 Tərcümə etdi:Fidan Fərhad

Paylaş
Şərh əlavə et