Ekrem İmamoğlu 4 iyun 1970-ci ildə Trabzonun Akçaabat bölgəsində anadan olub. İstanbul Universitetinin İqtisadiyyat Fakültəsində təhsil alıb və həmin universitetdə İnsan Resursları və İdarəetmə sahəsində magistr dərəcəsi alıb.

Siyasi karyerasına Cümhuriyyət Xalq Partiyasında (CHP) başlayan İmamoğlu 2008-ci ildə CHP-yə üzv olub və 2009-cu ildə Beylikdüzü Rayon Başçısı seçilib. 2014-cü il bələdiyyə seçkilərində Beylikdüzü Bələdiyyə Başçısı seçilib və bu vəzifəni 2019-cu ilə qədər icra edib.
2019-cu ildə İstanbul Böyükşəhər Bələdiyyə Başçısı seçkilərinə CHP və İYİ Partiyanın yaratdığı Millət İttifaqının namizədi kimi qatılıb. İlk seçkidə 13.000 səs fərqi ilə qalib gəlsə də, Yüksək Seçki Qurumu seçkiləri ləğv edib. 23 iyun 2019-cu ildə təkrarlanan seçkilərdə 800.000 səs fərqi ilə yenidən qalib gəlib.
2024-cü il bələdiyyə seçkilərində yenidən İstanbul Böyükşəhər Bələdiyyə Başçısı seçilib və vəzifəsinə davam edir.
Ekrem İmamoğlu 1995-ci ildə Dilek Kaya ilə ailə həyatı qurub və cütlüyün üç övladı var: Mehmet Selim (1997), Semih (2005) və Beren (2011).
Son dövrdə İmamoğlu haqqında korrupsiya ittihamları ilə cinayət işi açılıb və 19 mart 2025-ci ildə həbs edilib. Bu vəziyyət Türkiyədə genişmiqyaslı etirazlara səbəb olub və müxalifət partiyaları bunu siyasi addım kimi qiymətləndiriblər.
Ekrem İmamoğlu, xüsusilə İstanbulda bələdiyyə başçılığı dövründə gördüyü işlərlə tanınan mühüm siyasi fiqurlardan biridir.
Mənbə: karar.com
Tərcümə etdi: İbrahim Çobanlı
