Bu gün:

Trampın nümayəndəsi Starmerin Ukrayna ilə bağlı planını rədd edib


Ser Keir Starmerin Ukraynada atəşkəsi dəstəkləmək üçün beynəlxalq güc planı Donald Trampın xüsusi elçisi tərəfindən “duruş və imic” kimi qiymətləndirilib və rədd edilib.

Steve Witkoff bu ideyanın Böyük Britaniyanın baş naziri və digər Avropa liderlərinin “hamımız Uinston Çörçill kimi olmalıyıq” düşüncəsinə əsaslandığını bildirib.

Trampyönümlü jurnalist Taker Karlsona müsahibə verən Witkoff Vladimir Putini tərifləyərək Rusiya prezidentini “bəyəndiyini” deyib.

“Mən Putini pis adam hesab etmirəm. O, super ağıllıdır.”

10 gün əvvəl Putinlə görüşən Witkoff bildirib ki, Rusiya prezidenti onunla “lütfkarlıqla” və “dürüst şəkildə” danışıb. Putin ona keçən il Trampa qarşı sui-qəsd cəhdindən sonra ABŞ lideri üçün dua etdiyini söyləyib. Witkoff əlavə edib ki, Putin Trampın portretini sifariş edərək ona hədiyyə edib və ABŞ prezidenti bundan “açıq şəkildə təsirlənib”.

Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et