HƏMAS rəsmisi bazar günü bildirib ki, İsrailin Qəzzanın cənubundakı Xan Yunis şəhərinə endirdiyi hava zərbəsi HƏMAS-ın yüksək səviyyəli siyasi lideri Salah əl-Bərdavili öldürüb.
Yerli sakinlər deyirlər ki, hava zərbəsi həm qruplaşmanın siyasi ofisinin üzvü Bardaweel, həm də onun həyat yoldaşını öldürüb.
İsrail rəsmiləri dərhal şərh verməyiblər.
İsrail ordusu yanvarın 19-da qüvvəyə minən və təxminən iki ay davam edən atəşkəsin birinci mərhələsini uzatmaqdan imtina etməkdə Həması günahlandıraraq, çərşənbə axşamı Qəzzaya əhəmiyyətli zərbələri bərpa edib.
HƏMAS İsrailin ittihamlarını rədd edib və öz növbəsində İsraili Qətər, Misir və ABŞ-nin vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı pozmaqda ittiham edib.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
