Bu gün:

Qabyuyan maşının qabları yaxşı təmizləməməsinin 5 səbəbi


 Qabyuyan maşında yuduğunuz qabların kirli qalması hamınızı əsəb edən problemdir. Bunun müxtəlif səbəbləri ola bilər. Problemlər və onların həlli yolları: 

Çirkli və ya tıxanmış filtr

 Qabyuyan maşın boşqablarda yemək qalıqları qoyur?  Bunun səbəbi çirkli və ya tıxanmış filtr ola bilər. Filtrlərin vaxtaşırı təmizlənməsi bu problemi həll edəcək. Filtrlər maşının aşağı və ya orta hissəsində ola bilər. Vaxt keçdikcə müntəzəm istifadə səbəbindən tıxana bilir. Onu müntəzəm olaraq təmizləsəniz, qablarınız təmiz çıxacaq.

Yanlış qabyuyan yuyucu

 Qabyuyan maşında yalnız avtomatik qabyuyan yuyucu vasitələrdən istifadə etməlisiniz.  Toz, maye və ya gel yuyucu vasitələr problem yaradacaq.  Optimal yuma və qurutma performansı üçün maşında parladıcıdan da istifadə etmək də tövsiyə olunur.

Qabları səhv yerləşdirmək 

 Əgər qabyuyan maşınınız qabları düzgün təmizləmirsə, ehtimal ki, boşqabları səhv yerləşdirmisiniz.  Üst-üstə yığılmış qablar suyun və yuyucu vasitənin bütün qaba çatmasına mane ola bilər.  Qabları bir istiqamət ilə yerləşdirin, suyun və yuyucu vasitənin tıxanmasının qarşısını alın.

Yanlış yuma parametri

 Əgər qablarınız çox çirklidirsə, effektiv təmizləmə üçün daha ağır qabyuyan maşın proqramından istifadə etmək lazımdır.  Avtomatik yuma proqramı adətən qabların üzərindəki kirləri aşkar edir və ona uyğun olaraq maşını işə salır.

Yanlış su temperaturu 

 Qabların ən yaxşı halda yuyulması üçün suyun maşına girərkən, təxminən, 48 dərəcə temperaturu olmalıdır. Daha aşağı temperaturda su maşınınıza daxil olarsa, bəzi yemək parçalarını parçalamaq  çətin olacaq və yuyucu vasitənin bəzi komponentləri işləməyə bilər.

Mənbə: Haber global

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et