Bu gün:

İsrail atəşkəsdən sonra Livana zərbə endirib


Noyabr ayında əldə edilən atəşkəs razılaşmasından sonra ilk dəfə İsrail ərazisinə raket atılmasının ardından İsrail, Livanın cənubunda yerləşən Hizbullahın onlarla reaktiv yaylım atəşi sistemini və komanda mərkəzini vurduğunu açıqlayıb.

İsrailin Baş naziri Binyamin Netanyahu daha əvvəl İsrail Müdafiə Qüvvələrinə (IDF) onlarla terror hədəfinə qarşı güc tətbiq etməyi əmr etdiyini bildirmişdi.

Livanın dövlət mediası İsrailin hava zərbələri nəticəsində bir nəfərin həlak olduğunu xəbər verib.

İsrail ordusunun məlumatına görə, şənbə günü səhər saatlarında Livandan atılan üç raket İsrailin şimalındakı Metula qəsəbəsinə düşüb, lakin xəsarət alan olmayıb. Hələlik heç bir qrup hücuma görə məsuliyyəti üzərinə götürməyib. Livanın baş naziri isə ölkəsinin yeni müharibəyə sürüklənməməsi üçün xəbərdarlıq edib.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov


Paylaş
Şərh əlavə et