
Türklərin bölünməsi: Tarix boyunca geosiyasi strategiyalar və onların təsiri
Coğrafiya yalnız torpaq sərhədləri çəkmir, eyni zamanda həmin torpaqların ruhunu, kimliyini və tarixini formalaşdırır. Bəs bir bölgənin adının dəyişdirilməsi onun ruhunu dəyişməyə kifayət edirmi? Türklərin yaşadığı ərazilərə dair adlandırmalar zamanla siyasi məqsədlərlə dəyişdirilmiş və bu, türklərin tarixi və milli kimliyinə ciddi təsir etmişdir.
Türklərin ana yurdu olan Türküstan uzun əsrlər boyunca böyük mədəniyyətlərin, ticarət yollarının və imperiyaların mərkəzi olmuşdur. Lakin XIX əsrdə İngiltərə və Rusiya arasında gedən geosiyasi mübarizə nəticəsində bu bölgə "Türküstan" adı ilə deyil, "Orta Asiya" kimi tanınmağa başladı. Görünüşdə sadə bir ad dəyişikliyi olsa da, bu addım bölgənin türk kimliyini kölgədə saxlamaq məqsədi daşıyırdı.
İngiltərə Hindistanda mövqeyini qorumağa çalışdığı bir vaxtda, Rusiya Mərkəzi Asiya üzərində nəzarətini gücləndirmək istəyirdi. Bu iki imperial güc arasında gedən “Böyük Oyun” nəticəsində 1884-cü ildə gizli bir razılaşma ilə Türküstan parçalandı. Rusiya bölgəni müxtəlif inzibati vahidlərə bölünmüş və nəticədə türklər vahid kimlikdən məhrum edilmişdi
Sovet siyasəti və süni sərhədlər
Bolşevik İnqilabından sonra Rusiya türkləri daha da parçalamaq üçün bölgəni etnik və dil sərhədləri üzrə ayırmağa başlayıb. Qazax, özbək, türkmən, qırğız kimi milli identifikasiyalar yaradıldı və hər xalq üçün ayrıca əlifba və dil siyasəti formalaşdırılıb.Bu parçalanma Sovet İttifaqı süqut etdikdən sonra belə davam etdi, çünki yeni müstəqil dövlətlər süni sərhədləri miras alaraq milli dövlətçilik qurmağa başlayıblar.
Şərqi Türküstan: Çin siyasətinin tarixi və bugünkü durum
Türküstanın digər bir hissəsi isə Çin tərəfindən nəzarətə alııb. Şərqi Türküstan 1759-cu ildə Çin imperiyası tərəfindən işğal edildikdən sonra burada sistemli şəkildə demoqrafik və mədəni dəyişikliklər həyata keçirildi. Mançu sülaləsi bölgəyə köçürülərək yerli xalq idarəçilikdən uzaqlaşdırıldı. Daha sonra Çin Xalq Respublikası bu siyasəti daha da sərtləşdirdi.
Bu bölgə Çin üçün sadəcə bir torpaq parçası deyildi – strateji baxımdan mühüm bir ərazi idi. Çin buranı təkcə ticarət yolu kimi deyil, həm də enerji resurslarına çıxış nöqtəsi kimi görürdü. Bugün Şərqi Türküstanda baş verən hadisələr beynəlxalq arenada diqqət çəksə də, bölgə hələ də qapalı bir rejim altında saxlanılır.
Türk Dövlətləri Təşkilatı və ortaq əlifba ideyası
Türk Dövlətləri Təşkilatının ictimai rəyə ən çox təsir etdiyi illərdən biri məhz 2024-cü il oldu. Xüsusilə ortaq əlifba məsələsi geniş müzakirələrə səbəb oldu. 34 hərfdən ibarət olan bu sistem, müxtəlif türkdilli ölkələrin əlifbalarını vahid əsasda birləşdirərək, insanların qəzet, kitab və jurnalları çətinlik çəkmədən oxumasına imkan yaradacaq.
Bu təşəbbüs təkcə əlifbaları deyil, həm də mədəni bağları gücləndirmək və türk dünyasını ortaq bir ünsiyyət platformasında bir araya gətirmək məqsədi daşıyır. Türkiyədə yaşayan türklərin qəlbindəki birlik hissini nəzərə alsaq, bu ideya daha da böyük əhəmiyyət kəsb edir. Ortaq əlifba türk xalqları arasında mədəni, siyasi və iqtisadi inteqrasiyanı sürətləndirə bilər.
Türklərin bölünməsi yalnız tarixi hadisələrin nəticəsi deyil, eyni zamanda geosiyasi maraqların yönləndirdiyi uzunmüddətli strategiyaların nəticəsidir. Lakin tarix göstərir ki, milli kimliklər üzərində aparılan manipulyasiyalar heç vaxt tamamilə uğurlu olmur – çünki xalqların yaddaşı və mədəniyyəti zaman keçdikcə yenidən canlanır.
Mənbə:tvnet x
Tərcümə edən:Fatimə Cabbarlı
