24Media.az-ın bu dəfəki qonağı ekoloq Ənvər Əliyevdir. O, Meşə yanğınları ilə bağlı suallarımızı cavablandırıb.
Meşə yanğınları ekosistemədəki uzunmüddətli təsirləri nə ola bilər ?
Meşə yanğınlarının ekosistemdəki uzunmüddətli təsiri ən çox torpaq örtüyünədir. Yanğından sonra meşə bərpa olunduqda torpaq da bərpa olunur, ancaq meşə bərpası hər zaman uğurlu olmur. Elə meşə yanğınları var ki, həmin yanğından sonra meşəni bərpa etmək qeyri-mümkündür və ya elə ağaclar, otlar var ki, onların da bərpası qeyri-mümkündür. Bu səbəbə görə də meşə yanğınları ən çox təsiri məhz torpaq qatına verir.
Meşə yanğınlarının qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirlər görülməlidir ?
Meşə yanğınlarının qarşısını almaq üçün bir çox tədbir planları mövcuddur. Meşə yanğınlarının qarşısını almaq üçün birinci növbədə məşəlik əraziyə daxil olan vətəndaşlar və ya turistlər meşəlik ərazinin qorunması haqqında instruksiyaları mütləq şəkildə oxumalıdırlar. Meşəlik ərazidə ocaq qalayan zaman mütləq şəkildə ocağın kənarları təmizlənməlidir ki, ocağın başqa əraziyə keçmə şansı azalsın. Sonda onu mütləq şəkildə su ilə söndürməli, söndüyündən əmin olunmalıdır və ətrafa düşmüş közlər bir yerə toplanılmalıdır. Əgər bu edilməsə kənara düşmüş bir köz yenidən alışıb, yanğına səbəb ola bilər. Digər tərəfədən meşəlik ərazilərə siqaret atılmalı deyil, çünki bu da yenidən közlənib və yanğına səbəb ola bilər. Meşəlik əraziyə şüşə parçaları da atmaq olmaz. Çünki həmin şüşə parçalarının üzərinə günəş şüaları düşdükdə həmin şüşə parçaları alışa bilər, bu da meşə yanğınına səbəb ola bilər. Dediklərim meşə yanğınlarının qarşısını almaq üçün vacib tədbirlərdir.
Meşə yanğınları ilə bağlı insanların həssaslığı nə qədər artırılmalıdır və necə ?
Bu məqamda insan həssaslığı, bəli, lazımdır. Bəzən biz müşahidə etmişik ki, meşə yanğınları insan diqqətsizliyi və yaxud məsuliyyətsizliyi nəticəsində baş verir. İnsanlar bilməlidir ki, meşələr həm də bizim oksigen təchizatımızdır. Buna görə də meşələrə olduqca diqqət və məsuliyyətlə yanaşmalıyıq. Bu məsələ ilə bağlı daim insanlar maarifləndirilir ki, meşəlik ərazilərə daha çox həssaslıqla yanaşsınlar. Məsələn orta məktəbdə "Həyat bilgisi" dərsi şagirdlərə meşəyə daha sevgi ilə, həssaslıqla yanaşmağı öyrədir.
Ayxan Cəfərov
