Bu gün:

Eynşteyn niyə əməliyyatı rədd etdi?


Albert Eynşteyn öz dövrünün və günümüzün ən hörmətli alimlərindən biridir. Bəs Eynşteyn niyə sonrakı illərdə həyatını xilas edə biləcək əməliyyatdan imtina etdi?

Albert Eynşteyn qocalanda ağır vəziyyətdə idi. Onun qarşısında iki seçim var idi: Həyat qurtaran cərrahiyyə əməliyyatı keçirmək və ya təbii yollar ilə o biri dünyaya getməyi qəbul etmək. O, təbii yollarla ölümə üstünlük verdi ki, bu da ikinci variantdır. Səbəbini soruşduqda,-“Getmək istəyəndə getmək istəyirəm. Ömrün süni şəkildə uzadılması xoşagəlməz haldır. Mən öz payımı yerinə yetirdim, getməyimin vaxtıdır və mən bunu nəzakətlə edəcəm”,-dedi.

Eynşteynin bu sözlərinin arxasındakı səbəb inadkarlıqdan daha çoxu idi.

Albert Eynşteynin seçiminin səbəbi tez alınan və ya inadkarlıqdan olan bir səbəb deyildi. Eynşteyn həkimləri ilə danışdı, vəziyyətin müsbət və mənfi tərəflərini ölçüb-biçdi və vəziyyəti öz anlayışına əsaslanaraq qərar verdi. 

Eynşteynin seçimi onun sarsılmaz cəsarətlə ölümü ilə üzləşmək bacarığını nümayiş etdirir. 

Eynşteyn həyatını xilas edə biləcək bu əməliyyatı rədd edərək ölümün qaçılmaz reallığını qəbul etdi. O öldükdən və yarılma kremasiya edildikdən sonra külləri naməlum bir yerə səpələndi. 

Eynşteyn təkcə ixtiraları ilə deyil, həyata baxışı və mövqeyi ilə də əfsanə idi.

Mənbə: onedio.com

Tərcümə etdi: Lumu Zülfüqarova 

Paylaş
Şərh əlavə et