Bu gün:

Sarı jurnalistika nədir?


Oxucunun diqqətini cəlb etmək üçün sensassiyalı və şişirdilmiş başlıqlardan istifadə edilən, ciddi araşdırmaya əsaslanmayan, xəbərin mənbəyi dəqiqləşdirilmədən edilən jurnalistikaya sarı jurnalistika deyilir. 

Sarı jurnalistika termini ilk dəfə New York World və New York Journal arasında tiraj müharibəsi zamanı ortaya çıxdı. İki qəzet arasındakı bu münaqişə sensasiyalı, demaqoq, reallıqdan uzaq, dayaz, stolüstü xəbərlərlə dolu jurnalist dilinin yaranmasına səbəb oldu. Niyə “sarı jurnalistika” adlanır?

Savadlılığın çox da yüksək olmadığı bu dövrdə qəzetlər üçün karikaturalar indikindən qat-qat vacib idi. Yazıçılar və müxbirlərdən daha çox karikaturaçılar  auditoriyaya böyük təsir edirdilər.

1895-ci ildə New York World-də Yellow Boy adlı personajın cizgi filmləri nəşr olunmağa başladı. Bir il sonra, 1896-cı ildə New York Journal çoxlu sayda jurnalisti işə cəlb etdi və iki qəzet arasında müharibə rəsmən başladı. Sarı oğlanın illüstratoru Richard Outcalt New York Journal-a transfer olunan jurnalistlər arasında idi. "Sarı Oğlan" o vaxtdan həm New York Journal, həm də New York World-də dərc olunurdu. Bunun üzərinə personajın kimə aid olması ilə bağlı mübahisə məhkəməyə gətirildi. Döyüşün açıq-aşkar səbəbi olan “Sarı oğlan”a görə bu jurnalistika növü “sarı jurnalistika” adlandırılmağa başladı. Erwin Wardman sarı jurnalistika terminini ilk dəfə çap mediasında istifadə etdi. New York Press-in redaktoru olan Wardman "Sarı Uşaq"a istinad edərək sarı uşaq jurnalistikasının edildiyi ifadəsini işlətdi. 

Amerika-İspaniya Müharibəsi

İki qəzet arasındakı tiraj rəqabəti tezliklə Kubada başlayan ABŞ-İspan gərginliyi xəbərlərində öz əksini tapdı. Qəzetlər Kubada ispan hakimiyyətinə qarşı çıxan üsyançılara böyük dəstək verirdi. The New York Journal Kubanın öz üsyanında haqlı olduğunu bildirən nəşrlər dərc etməyə başladı. Daha sonra qəzet Kubada ispanların təqib etdiyinə dair iddialar dərc etdi. Bunun ardınca kubalıların xidmətlərini tərifləyən xəbərlər gəldi. Qısa müddət sonra New York Journal-ın bu istiqamətdə verdiyi xəbər heç bir əsas axtarmadan New York World-də də dərc olundu. 1898-ci ilin fevralında Meyn döyüş gəmisi Havana körfəzində olarkən partlayış baş verdi və gəmi batdı. Hər iki qəzet ispanların gəmiyə torpedalarla hücum etdiyi yalanı ilə kütləvi kampaniyaya başladılar. Həmin ilin may ayında ABŞ-İspan müharibəsi başladı. İki qəzet tiraj müharibəsində qalib gəlmək üçün xəbəri sensasiyaya çevirməkdə ittiham olunurdu. 

Mənbə: olaganustukanitlar

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et