
Albert Einşteynin elm dünyasında qoyduğu dərin izlər yalnız inkişaf etdirdiyi nəzəriyyələrlə məhdudlaşmır, həm də onun dilə gətirdiyi fəlsəfi baxışlar və bu baxışların kainatın işleyişinə dair dərin mənalar daşıması ilə diqqət çəkir. Bu baxımdan, Einşteynin ən məşhur ifadələrindən biri olan “Tanrı zər atmaz” ifadəsi, fizika və fəlsəfə dünyasında uzun illərdir müzakirə edilən bir anlayışdır. Bəs, Einşteyn bu sözlə nə demək istəyib?
Kvant Mexanikasına Etiraz
Einşteynin bu sözü, müasir fizikanın ən əsas sütunlarından biri olan kvant mexanikasına yönəlik bir tənqid olub. Kvant mexanikası, kainatın əsas hissəciklərinin davranışlarının mütləq müəyyənləşdirilməyəcəyini, əksinə ehtimallarla təsvir ediləcəyini irəli sürür. Bu nəzəriyyəyə görə, bir hissəciyin vəziyyəti müşahidə olunana qədər çox fərqli ehtimallar daxilində ola bilər. Yəni, kvant dünyasında hər şey dəqiqlikdən çox ehtimallar üzərində qurulub.
Ancaq Einşteyn, kainatın bu şəkildə qeyri-müəyyən və təsadüfi bir şəkildə işləməsinə inanmaqda çətinlik çəkib. Onun fikrincə, kainatın qanunları dəqiq olmalı idi, hər hadisənin bir səbəbi və nəticəsi vardı və bu qanunlar müəyyən bir qayda içində işləməli idi. Einşteyn, bu nöqtədə kvant nəzəriyyəsinə bir etiraz irəli sürüb. “Tanrı zər atmaz” deyərək, kainatın işleyişinin ehtimallara və təsadüfiliyə bağlı ola bilməyəcəyini, hər şeyin dəqiq bir səbəb-nəticə əlaqəsinə əsaslandığını müdafiə edib.
Einşteynin Fəlsəfi Baxışı
Einşteynin bu sözü, eyni zamanda onun determinist dünya görüşünü də əks etdirir. Determinizm, kainatdakı bütün hadisələrin əvvəlcədən müəyyən edilmiş qanunlar əsasında baş verdiyini müdafiə edən fəlsəfi yanaşmadır. Einşteyn, kvant dünyasındakı qeyri-müəyyənliklərə və təsadüfiliyə qarşı çıxarkən, kainatdakı hər şeyin müəyyən bir qayda və səbəb-nəticə əlaqəsi içində işlədyini müdafiə edib. Buna görə də, təbiət qanunlarının zər atmaq kimi təsadüfi nəticələr doğurmadığını ifadə etməyə çalışıb.
Kvant Fizikçilərinin Cavabı
Einşteynin bu görüşü, xüsusilə kvant mexanikasının öncüləri olan Nils Bor və Verner Heisenberg kimi adlar tərəfindən tənqid edilib. Bor, kvant dünyasındakı qeyri-müəyyənliklərin təbiətin əsas bir hissəsi olduğunu və bu qeyri-müəyyənliyin kainatın işleyişini başa düşməkdə önəmli bir yer tutduğunu müdafiə edib. Bor və digər kvant fizikçiləri, kainatın mikroskopik miqyasda işleyişinin insanın alışdığı klassik fizika qaydalarına uyğun gəlmədiyini irəli sürərək, Einşteynin determinist görüşünə qarşı çıxıblar.
Einşteynin “Tanrı zər atmaz” sözü, kainatın işleyişi ilə bağlı iki əsas yanaşma arasındakı mübahisənin simvolu halına gəlib. Dəqiq və müəyyən qanunlarla işləyən bir kainat, yoxsa qeyri-müəyyənliklərlə dolu, ehtimallar üzərində qurulu bir kainat? Bu mübahisələr bu gün də davam edərkən, Einşteynin elm dünyasına verdiyi bu dərin baxış, fiziklər üçün bir ilham mənbəyi olmağa davam edir.
Einşteyn hər nə qədər kvant nəzəriyyəsinə qarşı bəzi etirazlar irəli sürmüş olsa da, bu vəziyyət onun fizika dünyasına qatqılarından bir şey azaltmayıb. Əksinə, kainatın işleyişinə dair bu suallar, fizika dünyasında yeni kəşflərin yolunu açıb.
Mənbə : Evrim ağacı
Tərcümə etdi : Dilbər Paşazadə
