Federal hakim prezident Donald Trampa müharibə zamanı ABŞ-ni qorumaq üçün nəzərdə tutulan 227 illik qanundan Venesuelalıların kütləvi deportasiyasını həyata keçirmək üçün istifadə etməyi qadağan edib.

Tramp şənbə günü Venesuela cinayətkar dəstəsi Tren de Araquaya mənsub immiqrantların ABŞ-yə qarşı "qanunsuz müharibə apardıqlarını" və onları 1798-ci il Yad Düşmənlər Qanununa əsasən deportasiya edəcəyini elan edib.
Lakin ABŞ-ın Dairə Hakimi Ceyms Boasberq şənbə günü axşam mətbuata görə, 14 gün davam edəcək elanın əhatə etdiyi deportasiyaların dayandırılmasına göstəriş verib.
Hakim Boasberq məhkəmə iclasında deportasiya edilənlərin olduğu təyyarələrin havaya qalxdığını eşitdiyini və onların geri qaytarılmasını əmr etdiyini söyləyib.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
