İqtisadçı və siyasətçi yeni gələn Mark Karni Kanadanın yeni Baş naziri kimi and içib və "heç vaxt" Birləşmiş Ştatların bir hissəsi olmayacağını söyləyib.

O, hakim Liberal Partiyasının lideri seçildikdən bir neçə gün sonra, ABŞ Prezidenti Donald Trampla davam edən ticarət müharibəsinin gərginliyi fonunda, cümə günü vəzifəsinin icrasına başlayıb.
Mərasimdən sonra isə o deyib: "Biz bilirik ki, birlikdə çalışaraq, hər kəsin təkbaşına əldə edə biləcəyindən daha çoxunu qazana bilərik".
Karney, keçən həftə Liberal Partiyasının liderlik yarışında böyük qələbə qazandıqdan sonra, doqquz il ölkəni idarə edən Baş nazir Castin Trudonu əvəz edib.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
