Rusiya, 11 fərqli zaman qurşağına sahib olması ilə dünyanın ən geniş əraziyə yayılan ölkəsidir. Şərqdən qərbə 9.000 kilometrə yaxın bir məsafəni əhatə edən bu nəhəng ölkədə gün eyni anda fərqli saatlarda başlayır və bitir.

Rusiya Federasiyasının qərbində yerləşən Kalininqrad vilayəti GMT+2 zaman qurşağında olduğu halda, ölkənin ən şərqində yerləşən Çukotka və Kamçatka bölgələri GMT+12 zaman qurşağındadır. Bu fərq o deməkdir ki, Moskvada səhər saat 9 olduğu zaman, Vladivostokda artıq günorta saat 4 olur.
Rusiya hökuməti 2010-cu ildə zaman qurşaqlarının sayını azaltmağa çalışmış və 11-dən 9-a endirmişdi. Lakin 2014-cü ildə bu qərar ləğv edilərək əvvəlki vəziyyətə qaytarıldı. Rusiya kimi böyük əraziyə malik ölkələrdə zaman fərqlərinin idarə edilməsi həm iqtisadi, həm də sosial baxımdan ciddi planlama tələb edir.
Zaman qurşaqlarının bu qədər geniş olması Rusiyada hava yolları, dəmiryolu və digər nəqliyyat xidmətlərinin idarə edilməsini çətinləşdirir. Buna baxmayaraq, ölkədə rəsmi saat Moskva vaxtı ilə tənzimlənir və bir çox rəsmi qurumlar üçün əsas göstərici sayılır.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
