Bu gün:

JD Vance dünyanı necə görür ?


Ağ Evdəki mübahisə ABŞ-nin Ukrayna ilə müttəfiqliyini parçaladı, Avropa liderlərini sarsıtdı və JD Vance-in Donald Trampın xarici siyasətini güclə ifadə etməsində əsas rolunu vurğuladı. Vitse-prezident qlobal səhnəyə yumruq ataraq çıxdı - bəs onun dünyagörüşünü idarə edən nədir?


Fevralın ortalarında Münhen Təhlükəsizlik Konfransında Vancenin ilk böyük xarici çıxışı çoxlarını təəccübləndirdi.

ABŞ vitse-prezidenti diqqəti Ukraynada gedən müharibəyə yönəltməkdənsə, İkinci Dünya Müharibəsindən sonra Avropanın ən qanlı münaqişəsini qısaca xatırlatdı.

Əvəzində o, beynəlxalq səhnədəki debütündən ABŞ-nin yaxın müttəfiqlərini immiqrasiya və söz azadlığı ilə bağlı təhqir etmək üçün istifadə edərək, Avropa quruluşunun anti-demokratik olduğunu irəli sürdü. O, onları xalqlarının iradələrinə məhəl qoymamaqda günahlandırdı və müdafiə etmək üçün həqiqətən ABŞ ilə hansı ortaq dəyərləri birləşdirdiklərini şübhə altına aldı.

"Əgər siz öz seçicilərinizdən qorxaraq namizədliyinizi irəli sürürsinizsə, Amerikanın sizin üçün edə biləcəyi heç bir şey yoxdur və bu səbəbdən Amerika xalqı üçün edə biləcəyiniz heç bir şey yoxdur" deyə xəbərdarlıq edib.

Bu, özünü dünyaya tanıtmaq üçün cəsarətli və bəlkə də gözlənilməz bir üsul idi - Avropalı müttəfiqləri qəzəbləndirmək. Lakin bir neçə gün sonra o, nankorluqda ittiham etdiyi Ukrayna prezidenti Vladimir Zelenski ilə qızğın mübahisənin mərkəzində yenidən xəbərlərə qayıtdı.


Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov


Paylaş
Şərh əlavə et