Bu gün:

Smartfonların enerjisi ilə bağlı doğru bilinən yanlışlar


Mobil telefon batareyalarının doldurulması ilə bağlı çoxlu yanlış fikirlər var. Bəs mobil telefonun doldurulması ilə bağlı yanlış təsəvvürlər hansılardır? Gəlin birlikdə nəzər salaq...


Bir çox istifadəçi elektron cihazlardakı batareyalar haqqında çox şey bildiklərini düşünür. Lakin bu batareya miflərindən bəziləri tamamilə yalandır.


Yaddaş effektinə diqqət yetirməlisiniz

Tez-tez deyilir ki, batareya doldurulmazdan əvvəl mümkün qədər boş olmalıdır. Əks halda, yaddaş effekti adlanan təsirə görə,  batareyaların getdikcə daha az enerji tutacağı düşünülür. Lakin müasir smartfonlar üçün bu doğru deyil, çünki onlar litium-ion batareyalara malikdir. Nikel-kadmium batareyaları isə çox erkən doldurulduğu üçün tutumunu həmişəlik itirə bilər.

Yanlış enerji təchizatı istifadə edilməməlidir

Heç bir səhv enerji təchizatı yoxdur, ən azı USB kabel vasitəsilə doldurulan smartfonlar üçün. Doldurma elektronikası yalnız müəyyən edilmiş enerji axınının keçməsinə imkan verir. Beləliklə, bütün mövcud enerji mənbələrindən istifadə edə və məsələn, Android enerji cihazları ilə iPhone-ları doldura bilərsiniz. Bununla belə, bütün smartfonlar eyni sürətlə doldurulmanı dəstəkləmir. 

İlk doldurma çox vaxt aparmalıdır

Yeni smartfonun ilk doldurulması çox uzun sürməməli və ya cihazı tam doldurmalı deyilsiniz. Bu ümumi baxış köhnə akkumulyator texnologiyaları dövrünə gedib çıxır, lakin müasir litium-ion batareyalar bundan faydalanmır. Əlbəttə, ilk doldurduğunuzda batareyanı tam doldura bilərsiniz. 

Mənbə: Chip

Tərcümə etdi: Fərahim Rzazadə

Paylaş
Şərh əlavə et