Bu gün:

Trüdonu Liberal Partiyasında əvəz etməyə kim iddialıdır?


Kanadalılar, Kanada siyasətinin simasını dəyişdirəcək mühüm səsvermədə ölkənin hakim Liberal Partiyasının lideri kimi Castin Trüdodan kimin vəzifə alacağına qərar vermək üçün səs verirlər.

Partiyanın təxminən 140 min üzvü üstünlük verdiyi namizədə səs verib və nəticələrin bazar günü axşam saatlarında elan olunması gözlənilir.

Yeni lider ölkənin baş naziri olacaq. Lakin liberallar azlıq höküməti olduğu üçün yüksək vəzifədə qalmaq üçün gələn həftələrdə təyin oluna biləcək ümumi seçkilərdə qalib gəlmək lazımdır.

Trudonu kim əvəz edərsə, ABŞ Prezidenti Donald Trampın Kanadaya qarşı təhdidləri, o cümlədən artan ticarət müharibəsi və ölkəni ABŞ-nin “51-ci ştatı” etmək üçün təkrar çağırışlarla mübarizə aparmalı olacaq.

Bu məsələ yüksək vəzifə üçün mübarizə aparan dörd namizədin hamısının kampaniyalarında üstünlük təşkil edib. 


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov


Paylaş
Şərh əlavə et