Bu gün:

Çay kim tərəfindən icad edilib?


Çay günün istənilən vaxtında qəbul edilə bilən və hər kəs tərəfindən sevilən günlük içkilərdən biridir. Çay rahatlaşdırıcı içkilərdən sayıla bilər. Həmçinin mövcud olduğu dövrdə çaydan dərman kimi də istifadə edilmişdir.

Çayı kim icad edib?

Çay eramızdan əvvəl 2737-ci ildə Böyük Çin İmperatoru Şen Nunq tərəfindən kəşf edilmişdir. Bu kəşf təsadüfən edilmişdir, amma uzun illərdən bəri Çində istehsalı davam etdirilir. Bir gün Şen Nunq bağçada açıq qazanda su qaynadarkən kollardan bir neçə yarpaq qaynayan suya düşdü. Yarpaqların ətri ətrafa yayıldı və imperator bu bitki suyundan içdi. Sonra bu dad onun xoşuna gəlməyə başladı. 

Çay Avropaya 1610-cu ildə yayılmağa başladı. Onun Türkiyəyə gəlişi 19-cu əsrin sonlarına təsadüf edir. 

Mənbə: Hürriyet

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et