Bu gün:

130 milyon il əvvəl dünyada açan ilk çiçək


İlk çiçək açan bitki xarici görünüşcə maqnoliya, ayçiçəyi və dəfnəyə bənzəsə də, hazırda yaşayan bütün çiçəklərdən fərqli xüsusiyyətlərə malik olduğu düşünülür.

Montsechia Vidalii adlı gül 130 milyon il əvvəl İspaniyadakı göllərdə açıb.

İndi çiçəkli bitkilər 10 bitkidən 9-nu təşkil edir, yəni onlar 350 milyon il əvvəl yaranan toxum bitkilərini geridə qoyublar. Çiçəkli bitkilər nadir hallarda fosilləşir, lakin ən qədim çiçəkli bitki 2015-ci ildə İspaniyada aşkar olunub və 130 milyon il əvvələ aid edilib.

Buna baxmayaraq, elm adamları çiçəkli bitkilərin 250 milyon il əvvəl meydana gəldiyini düşünürlər. Fransanın Paris-Sud Universitetindən olan 36 nəfərlik tədqiqat qrupu ilk çiçək haqqında öyrənmək üçün 6 il ərzində demək olar ki, bütün çiçəkli bitki növlərini tədqiq edərək onların xüsusiyyətlərini müəyyənləşdirməyə çalışıb.

Qrup molekulyar analizlə tarixləri tənzimlədikdən sonra ilk çiçəyin təkamülünü göstərən təkamül ağacını modelləşdirib.Bu model göstərir ki, ilk çiçək həm erkək,həm də dişi reproduktiv sistemə malik olub.

Mənbə: Yeşilist

Tərcümə etdi: Lamiyə Cənnətzadə




Paylaş
Şərh əlavə et