Bu gün:

Bir-birindən maraqlı məlumatlar


Planetlər haqqında heyrətamiz faktlardan heyvanlar aləminə dair fikirlərə və bədəninizin necə işlədiyinə dair dərin sirlərə agah olacağınız faktları təqdim edirik.

1. Dünyanın ən çox əhalisi olan iki ölkə sərhəd qonşularıdır. Çin əhalisinin sayına görə Hindistanı ötsə də, hər ikisinin öz ölkələrində təxminən 1,4 milyard insanı var. Bu iki qonşu ölkədə təxminən 2,8 milyard insan yaşayır. Müqayisə üçün qeyd edək ki, ABŞ-nin əhalisi, təxminən 332 milyon nəfərdir. Başqa sözlə deyə bilərik ki, Çin və Hindistan dünya əhalisinin təxminən 36 faizini tək bir bölgədə saxlayır.

2. Bir milyondan çox Yer Günəşin içərisinə sığa bilərdi. Hesablamada Günəşin həcmi 1,412 x 1018 km³ götürülür və 1,083 x 1012 km³ olan Yerin həcminə bölünür.

3. Yalnız insanların çənələri var. Genetik olaraq, insanlara ən yaxın olan şimpanze və qorillaların belə çənələri yoxdur.

4. İnsan burnu 1 trilyon müxtəlif qoxunu qəbul edə bilir. Əvvəlki təxmin 10.000 civarında idi, lakin sonradan elm adamları bu rəqəmin 1 trilyon olduğunu kəşf etdilər.

5. Venera saat əqrəbi istiqamətində fırlanan yeganə planetdir. Uran da saat əqrəbi istiqamətində fırlanan iki planetdən biridir.

6. Neptunun günləri 16 saatdır. Neptunun daha sürətli fırlanması daha qısa günlərlə nəticələnir.

7. Əl dırnaqları ayaq dırnaqlarından dörd dəfə tez uzanır. Dırnaqlarda davamlı olaraq, hüceyrələr istehsal olunur ki, bu da onların sürətli böyüməsini təmin edir. Ayaq dırnaqlarında isə bu proses daha yavaş gedir.

8. ABŞ və Kanada dünyanın ən uzun sərhədini bölüşürlər. Sərhədin uzunluğu 8891 km-dir.

9. Köpək balıqları sümüksüzdür. Onların bədənləri sümükdən daha yüngül olan qığırdaqlı skeletdən ibarətdir. Buna görə də, muzeylərdə heç vaxt köpəkbalığı skeletlərini görə bilmirik.

10. Meksika körfəzi dünyanın ən böyük körfəzidir. Onun sahəsi 1 milyon 600 min kvadrat kilometrdir, yəni Texasdan iki dəfə böyükdür. O, həmçinin ABŞ-ni  beş müxtəlif ştatına toxunur.

Mənbə: Onedio
Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et