Bu gün:

Avropadakı parçalanmalar Ukrayna və müdafiəyə necə təsir edəcək?


"Bu, həm diqqətimizi, həm də maliyyəmizi yönəltməyin bir yoludur. Əgər bu məsələyə düşüncəli yanaşsaq, Donald Trampın bizə bir növ kömək etdiyini görə bilərik. Hadisələrə pozitiv baxmaq da mümkündür, çünki əks halda, bu dövrlər çox qaranlıq görünə bilər".

Bazar ertəsi, Donald Trampın Ukraynaya hərbi yardımı dayandırmasından sonra, böyük bir Avropa ölkəsinin diplomatı bu mövzuda danışıb. O, fikirlərini daha sərbəst ifadə edə bilmək üçün adının açıqlanmamasını xahiş edib.

Vaşinqtonda baş verən dəyişikliklərin sürəti və sərtliyi təkcə xəbər oxucularını deyil, siyasətçiləri də çaşdıra bilər.

Avropa vəziyyətə effektiv reaksiya verməyə çalışır. Əksər Avropa ölkələri hesab edir ki, təhlükə altında olan təkcə Ukraynanın suverenliyi deyil, həm də bütün Avropanın təhlükəsizliyidir. Çünki Rusiya, soyuq müharibənin bitməsindən bəri mövcud olan Qərbə yönəlmiş güc balansını sarsıtmağa çalışır.

Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et