Böyük Britaniyanın Kral Cəmiyyətinin 150-dən çox üzvü elitar elmi akademiyanı “elm və alimləri müdafiə etmək üçün səylərini artırmağa” çağırıb.

Son doqquz ay ərzində bir çox alim, "elmə təhlükə" adlandırılan mübahisəli milyarderin davranışı ilə bağlı narahatlıqlarını ifadə edib.
Bazar ertəsi axşamı keçirilən görüş onun vəzifəsindən uzaqlaşdırılması ilə nəticələnməsə də, bu hadisə dünyanın ən qədim elmi akademiyasını bölücü və siyasi xarakter daşıyan bir mübahisənin mərkəzinə çəkib.
Elon Musk, ABŞ hökumətinin Səmərəlilik Departamentinə (Doge) rəhbərlik edərək elmi tədqiqatlar üçün maliyyənin görünməmiş dərəcədə azaldılmasına nəzarət edib.
Bundan əlavə, o, sosial media platforması X-də dezinformasiyanın yayılmasında ittiham olunur.
Yığıncaqdan sonra Kral Cəmiyyəti açıqlama yayaraq bu məsələlərə toxunub və iştirak edən üzvlərin "tədqiqat maliyyəsində radikal azalma təhlükəsi fonunda" ABŞ-dakı alimlərin taleyindən xüsusilə narahat olduqlarını bildirib.
Cəmiyyət, həm elmə, həm də elm adamlarına qarşı dezinformasiyaya və ideoloji motivli hücumlara qarşı "potensial əlavə tədbirlərin nəzərdən keçirilməsinə" razılaşıb.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
