Bu gün:

Niyə "Yevgeni Onegin" romanın ikinci hissəsinin nəşrini təxirə salınıb?


Düz iki yüz il əvvəl Sankt-Peterburq oxucuları dəbli bir şairdən maraqlı bir yenilik gördülər - "nəsr" şəklində yazılmış roman: "Yevgeni Onegin".

İndi bizim üçün “Yevgeni Onegin” baş şairin əsas əsəridir, mütləq klassikadır, bunsuz o, təsəvvür edilə bilməz, necə ki, yaxın 200 ildə rus dilinin özünün inkişafı təsəvvür edilə bilməz.

  1825-ci ilin fevralında kitabsevərlərin qarşısına Smirdinin kitab mağazasında 2400 nüsxədən ibarət tamamilə müasir tirajla, 5 rubl qiymətinə, bir şüşə idxal şərabının qiyməti ilə müqayisə oluna bilən nazik bir kitab çıxdı və hər kəsin şöhrətli, parlaq poeziyaları ilə tanınan o adla bəzədilmişdir. 

Həmişəki kimi Puşkin şeirlərində son dərəcə səmimi idi, onları əhatə edən qalan hər şeydə isə bir az qeyri-səmimilik hiss olunurdu. Birinci fəsil çap olunana qədər növbəti iki fəsil artıq hazır idi. “Onegində” bütün işləri tamamladıqdan sonra etdiyi öz əlyazma imzasında onlar ayrılmaz bir kitab kimi görünür: Birinci hissə. Ön söz. 1ci mahnı. Xəstəlik (Kişinev, Odessa, 1823); 2-ci mahnı. Şair (Odessa, 1824); Mahnı 3. "Gənc xanım (Odessa, Mixaylovskoye, 1824)."

Amma bu sonradan məlum olub. Puşkin qəsdən, konseptual (qəhrəman həyatı yaşayır və oxucularla birlikdə böyüyür) və kommersiya səbəblərinə görə, romana verilən epiqrafı təkzib edən kimi, artıq tamamlanmış fəsillərin nəşrini uzadıb: "o yaşamağa da tələsirdi, hiss etməyədə." İkinci fəsil bir il yarım sonra, təxminən 20 oktyabr 1826-cı ildə, üçüncü fəsil isə bir il sonra, təxminən 10 oktyabr 1827-ci ildə nəşr olunub.

Eyni zamanda, hətta ən təcrübəsiz oxucular da Oneginin prototipinin Puşkin olmadığını başa düşürdülər. O, bir az yaşlıdır və nəzərəçarpacaq dərəcədə yaxşıdır. Oneginin birinci fəslində Lisey haqqında bir kəlmə də yoxdur (onun qeydi yalnız VIII son fəslin əvvəlində olur) və ən əsası, gənc Puşkinin balerinalardan və dul Klikodan başqa da bir şey maraqlandırırdı: "Azadlıq" qəsidəsi kimi öz azadlıqsevər şeirləri ilə canlandırılan söhbətlər.

İlk iki fəsil arasındakı uzun fasilə başqa bir faciəvi halla da bağlıdır.

Bir vaxtlar liberal olan Aleksandrın əvəzinə taxtı əvvəlcə “axmaqlıqlara” yad olan Nikolay çətinliklə də olsa tutub. Elə buna görə də şairə birinci və ikinci fəsillər arasında belə bir fasilə lazım idi. Bu müddət ərzində Onegindəki parlaq Peterburq fərqli bir mənzərə ilə əvəz olunub: "Yevgeninin canı sıxıldığı kənd ləzzətli bir guşə idi ..." Puşkin ikinci fəslin hərəkətini kəndə köçürəndə onun uzun müddət orada qalacağını və belə uzanacağını bilə bilməzdi. Amma hər şey gözlənilməz və dahiyanə alınıb.

Mənbə: QodLiteraturı.rf

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et