Bu gün:

Qadınların üstünlük təşkil etdiyi 6 matriarxal cəmiyyət


Matriarxal cəmiyyətlər mifologiya deyil. Onlar real həyatda var və bu gün də yaşayırlar. Matriarxal cəmiyyət ana nəsli ilə irəliləyir. Malı qadın nəslindən miras alır. Mifoloji Amazonlar kimi, bu gün real dünyada inkişaf edən qadınların rəhbərlik etdiyi cəmiyyətlər var. Həmin cəmiyyətlərdən 6-nı təqdim edirik.

Mosuo

Çinin Yunnan bölgəsində, Tibet sərhədinə yaxın ərazidə yerləşən Mosuo, bəlkə də, dünyada ən tanınmış matriarxal cəmiyyətdir. Mosuoda çoxuşaqlı ailələr çoxdur. Ailəni qadın idarə edir, onun əmlakı ana xətti ilə ötürülür. Ümumiyyətlə, qadınlar kommersiya işlərində, kişilər isə siyasətdə fəal rol oynayırlar. Uşaqlar analarının evində qalır, soyadlarını götürürlər. Mosuoda nikahlar olmur. Burada qadınlar evə gedərək həyat yoldaşlarını seçirlər. Heç vaxt ailə kimi yaşamırlar, buna “gəzinti nikahı” deyirlər. Uşaqlar həmişə ananın nəzarəti altında böyüyür. Atanın rolu isə azdır. Hətta bəzi hallarda atanın kimliyi belə məlum olmur.

Minangkabauİndoneziyanın Qərbi Sumatra əyalətində yerləşən Minanqkabaunun 4 milyon əhalisi var. Bura bu gün dünyada tanınan ən böyük matriarxal cəmiyyətdir. Qəbilə qanunlarına görə ana cəmiyyətin ən mühüm şəxsidir. Minangkabau cəmiyyətində kişilər tez-tez siyasi və mənəvi liderlik rollarını öz üzərilərinə götürür. Qadınlar isə, ümumiyyətlə, məişəti idarə edir. Evləndikdən sonra hər qadının öz yataq otağı olur. Ər onunla yata bilər, amma səhər tezdən durmalı, anasının evində səhər yeməyi yeməlidir. Kişilər 10 yaşına çatanda analarının evindən çıxıb oğlanlar evində qalırlar. Bu məhəllələrdə onlar praktiki bacarıqları və dini təlimləri öyrənirlər. Qəbilə başçısı həmişə kişi olur. Bu başçıları qadın rəisi seçir. Kişinin vəzifələrini yerinə yetirə bilməyəcəyini hiss etsələr, onu işdən azad edirlər.

Akan

Akan xalqı Qərbi Afrikada yerləşən Qanada yaşayır. Akan cəmiyyəti, əsasən, şəxsiyyətinin, irsinin, sərvətinin və siyasətinin təyin olunduğu klanlar ətrafında qurulur. Klanların təsisçiləri qadınlardır, lakin kişilər ənənəvi olaraq klan daxilində rəhbər vəzifələr tuturlar. Bu rəhbər vəzifələr də kişilərə ana və ya bacı vasitəsilə ötürülür. Çox vaxt kişilərdən təkcə öz ailəsini deyil, bütün qadın qohumlarını dəstəkləmələri gözlənilir.

BribriBribri Kosta Rikanın  Talamanka kəndindəki qoruqda yaşayan 13000-dən çox fərddən ibarət kiçik yerli qrupdur. Bir çox digər matriarxal cəmiyyətlər kimi Bribri də klanlarda formalaşır. Hər klanın böyük ailəsi var .Klana qadınlar rəhbərlik edir. Ənənəvi olaraq, torpağa varis olan yalnız qadınlardır. Bundan əlavə, müqəddəs Bribri ayinlərində istifadə edilən kakaonu hazırlamaq hüququ yalnız qadınlara verilib.

Garo

Garo Hindistanın şimal-şərqində yerləşir. Garo ənənəsində potensial bəy evlilik təklifindən qaçır. Gəlinin ailəsi bəyi “əsir alır”. Potensial gəlinin bəyi öz kəndinə qaytarması gözlənilir. Ər evləndikdən sonra arvadının evində yaşayır.

Naqovisi

Naqovisi Yeni Qvineyanın qərbində adada yerləşir. Antropoloq Cil Neşin qeydlərinə görə, Naqovisi cəmiyyəti iki matrilineal bölmədən və bir neçə matriarxal klandan ibarətdir. Naqovisi qadınları rəhbərlikdə və mərasimlərdə fəal rol oynayırlar. Onlar ən çox sahib olduqları torpaqda işləməkdən qürur duyurlar. Burada nikahın rəsmi mərasimi yoxdur. Əgər kişiylə qadın yanaşı görünürsə, birlikdə yaşayırlarsa, kişi qadına bağça işlərində kömək edirsə, onlar evli sayılırlar.

Mənbə: Mentalfloss

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş
Şərh əlavə et