V.Zelenskinin ətrafındakılardan biri, Stansted hava limanında kiçik bir qrup jurnalistin daha da kiçik bir otağa sıxışaraq, necə hiss etdiklərini “əzilmiş, lakin həvəsli” ifadəsi ilə izah etdi.
Hökumətdəki bir mənbə bildirdi ki, cümə axşamı Donald Tramp və JD Vance-in tənqidlərinə məruz qaldıqdan sonra, Ukrayna prezidenti 18 dünya lideri ilə zirvə toplantısı üçün Böyük Britaniyaya gələndə, Britaniya dövləti ona ən yüksək səviyyədə qəbul göstərmək üçün əlindən gələni edib.
O, 10 nömrəli binanın qarşısında Ser Keir Starmer ilə qucaqlaşdıqdan sonra burada kortəbii şəkildə alqışlanan izdihamla qarşılanıb və daha sonra Kral Çarlz ilə çay içmək üçün görüşüb.
Ancaq deyirdi ki, evə qayıdarkən, təyyarəsinin havaya qalxmasına 90 dəqiqə qalmış, Zelenski yanlış anlaşıldığını istisna etmək üçün dünyaya arqumentlərini bir daha çatdırmaq istəyirdi – və bu dəfə yalnız Ukrayna dilində danışırdı.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
