Donald Tramp və JD Vensin Ağ Evdə Volodimir Zelenski ilə gərgin fikir mübadiləsindən sonra ABŞ-də Ukrayna tərəfdarları etiraz aksiyaları keçirib.

Oval kabinetdə baş verən qalmaqallı görüşdən sonra Nyu-York, Los-Anceles və Bostonda yüzlərlə insan Ukraynaya dəstək ifadə etmək üçün toplaşıb.
Əllərində Ukrayna tərəfdarı plakatlar tutan etirazçılar, həmçinin vitse-prezident Vens və ailəsinin xizək tətili üçün gəldiyi Vermont ştatının Waitsfield şəhərində də aksiya keçiriblər.
ABŞ mediası ailənin etirazlar səbəbindən planlaşdırdıqları xizək kurortundan açıqlanmayan yerə köçdüyünü bildirib.
Waitsfielddə Tramp-Vens administrasiyasına qarşı etiraz aksiyası həftənin əvvəlində – ABŞ prezidenti və vitse-prezidentin Zelenski ilə toqquşmasından öncə təşkil olunub. Lakin bir çox plakat və şüarlar Oval kabinetdəki mübahisəyə və Rusiyanın Ukraynaya qarşı müharibəsinə istinad edirdi.
Etirazı təşkil edən “Bölünməz Mad River Vadisi” qrupundan Cudi Deyli Vermont İctimai Radiosuna bildirib: "Düşünürəm ki, Ağ Evdəki çıxış bu gün daha çox insanın küçəyə çıxmasına səbəb oldu.”
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
