Oval Kabinetdə Ukrayna prezidenti Vladimir Zelenski ilə mübahisə etdikdən sonra, əksər respublikaçılar ABŞ prezidenti Donald Tramp'ı və vitse-prezident JD Vance-i dəstəkləyiblər.
Senator Lindsey Graham, Zelenskinin istefa verməsini təklif etdi və bildirdi ki, cümə günü baş verən mübahisə ABŞ-nin Kiyevə gələcək hərbi dəstəyini təhlükə altına qoyub. Lakin başqa bir respublikaçı senator isə Trampı “Putini qucaqlamaqda” günahlandırdı.
Zelenskidən, ABŞ ilə Ukraynanın qiymətli minerallarının birgə işlənməsini nəzərdə tutan müqaviləni imzalamadan əvvəl Ağ Evi tərk etməsi tələb olunub.
Şənbə günü isə o, Kral Çarlz'la görüşdən bir gün əvvəl Dauninq-stritdə Böyük Britaniyanın Baş naziri Keir Starmer tərəfindən daha isti qarşılanaraq səmimi qəbuldan məmnun qaldığını bildirib.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
