Texnologiyanın cəmiyyətdə getdikcə daha çox formalaşdığı bir dünyada beynimizə necə təsir etdiyinə dair vacib bir sual ağlımıza gəlir: Texnologiya bizi ağılsızlaşdırır, yoxsa ağıllılaşdırır? Cavab sadə deyil, çünki texnologiyanın intellektə təsiri müsbət və mənfi qüvvələrin mürəkkəb qarşılıqlı əlaqəsidir.

Texnologiyanın müsbət tərəfi
Təhsil texnologiyasındakı irəliləyişlər, müxtəlif öyrənmə tərzlərinə uyğun interaktiv alətlər və resurslar təqdim etməklə öyrənmə prosesini dəyişib. İnternetdə məlumatların mövcudluğu, insanlara məlumat bazalarını genişləndirməyə imkan verərək, davamlı öyrənmə mədəniyyətini inkişaf etdirib. Bundan əlavə, simulyasiyalar və interaktiv sınaqlar vasitəsilə texnologiya problem həll etmə bacarıqlarını artırıb. Bu yeniliklər yalnız təhsili daha cəlbedici etməklə qalmır, həm də fərdlərin ehtiyaclarına cavab verir. İnsanlar indi öz sürətlərində mövzuları araşdıra bilərlər ki, bu da anlayışı möhkəmləndirir. Bundan əlavə, texnologiya tərəfindən təmin olunan əməkdaşlıq platformaları, komanda işini təşviq edərək insanları dinamik və əlaqəli bir dünyaya hazırlayır.
Texnelogiyanın mənfi cəhətləri
Texnologiyanın rahatlığı kognitiv geriləmə və tənqidi düşünmə bacarıqlarının zəifləməsi kimi narahatlıqlara səbəb olub. Ekran başında çox vaxt keçirmək yuxu pozulmalarına və artan stressə yol açır. Həmçinin, texnologiya sosial təcrid və üz-üzə əlaqələrin azalmasına gətirib çıxarır, zehni sağlamlığı mənfi təsir edir. Bu mənfi təsirləri azaltmaq üçün texnologiyanı diqqətlə və balanslı istifadə etmək vacibdir.
İnformasiya dövründə çaşqınlıq
İnformasiya dövründə məlumatın həddindən artıq həcmini idarə etmək mühüm bacarıqdır. Müxtəlif mənbələrdən keçərkən tənqidi düşünmə və rəqəmsal savadlılıq vacibdir. Məlumatın miqdarından çox, onun uyğunluğunu və doğruluğunu qiymətləndirmək əhəmiyyətlidir. İnsanlar, məlumat dənizində düzgün qərarlar vermək üçün mənbələrin etibarlılığını qiymətləndirmək və biasları tanımaq bacarığını inkişaf etdirməlidir. Dezinformasiya və yanlış məlumatların yayılması asanlaşdığı bir dünyada bu bacarıqlar daha da vacibdir. Bu bacarıqları inkişaf etdirən insanlar rəqəmsal dövrün mürəkkəbliklərini asanlıqla həll edə bilər.
Məlumatın yayılmasındakı artım yeniliklərə sürətli şəkildə çatma imkanı versə də, etibarlı mənbələri ayırd etməyi çətinləşdirir. Məlumatın davamlı axını kognitiv yüklənməyə səbəb olur, bu da yaddaş və anlama qabiliyyətini zəiflədir. Məlumatlı qalmaqla kognitiv sağlamlığı qorumaq arasında bir tarazlıq tapmaq vacibdir. Rəqəmsal dövrdə məlumatın sürətli yayılması yalnız sürətli mənimsəməyi deyil, həm də diqqətli qiymətləndirməyi tələb edir. Kognitiv resurslar məhdud olduğu üçün məlumat yorğunluğu yarana bilər. Məlumatın keyfiyyətinə və uyğunluğuna, miqdarından daha çox önəm vermək, boğulmanın qarşısını almaq və uzunmüddətli bilik mənimsəməsini təmin etmək üçün vacibdir.
Texnologiyanın mürəkkəb anlayışlarını başa düşülən etmək üçün metafora və analogiyalar istifadə olunur. Məsələn, süni intellekti tapmaca həll edən bir detektivə bənzətmək, mürəkkəb anlayışı sadələşdirir. Bu vasitələr kognitiv körpülər quraraq yeni texnologiyanı köhnə təcrübələrlə əlaqələndirir. Beləliklə, mürəkkəb ideyalar daha başa düşülən hala gəlir.
Texnologiyanın intellektə təsirini başa düşmək üçün balanslı bir yanaşma tələb olunur. Texnologiya həm qabiliyyətləri artırır, həm də çətinləşdirir; buna görə də müsbət tərəflərdən faydalanıb mənfi təsirləri azaltmaq vacibdir.
Mənbə: Medium
Tərcümə etdi: Arzu Qafarova
