Bu gün:

Rəsmilər Qəzzada atəşkəs razılaşmasına hazırlaşırlar


İsrail və Həmas rəsmiləri Qəzza zolağında atəşkəs razılaşmasındakı son çıxılmaz vəziyyətin vasitəçilər tərəfindən həll edildiyini bildiriblər.

İsrail, Həmas tərəfindən təhvil verilən israilli girovlarla amansız rəftarına etiraz olaraq şənbə günü 600 fələstinli məhbusun azad edilməsini təxirə salmışdı. Həmas bunun razılaşmanın ciddi şəkildə pozulması olduğunu bildirib.

İndi dörd girovun cəsədlərinin qaytarılması müqabilində məhbusların, eləcə də başqa bir dəstənin, ehtimal ki, çərşənbə və ya cümə axşamı günü azad ediləcəyi gözlənilir.

Bu, ABŞ-nin Yaxın Şərq üzrə elçisi Steve Witkoffun bölgəyə səfərinin yolunu təmizləyəcək. O, İsrail və Həmas-ın atəşkəsin ikinci mərhələsi ilə bağlı təxirə salınmış danışıqlara başlamasını istədiyini bildirib.

Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et