Bu gün:

"Ulduzlu Gecə” əsəri ruhi xəstəxanadan ilhamlanıb


Gənc, uğursuz bir rəssam kimi Avropa şəhərindən başqa şəhərə getdikdən sonra Van Qoq 1886-cı ildə sürətli sənayeləşmənin qitəni bürüdüyü vaxt Parisdə məskunlaşıb. Hər yerdə çiçəklənən binalar, tüstülü və səs- küylü qatarlar, yeni Moulin Rouge və Eyfel qülləsini ziyarət edən insanların izdihamı psixi cəhətdən qeyri-sabit rəssam üçün çox çılğın olub. Van Qoq Parisdə yaşayarkən həmkarı rəssam Paul Gauguin üçün çətin otaq yoldaşı olduğunu sübut edib. İkisi arasında gedən döyüş Van Qoqun zehni pozğunluğuna təkan verib və bu, 1888-ci ildə öz qulağının aşağı hissəsini kəsməsi ilə nəticələnib. Psixi sağlamlıq müəssisəsində qısa müddət qaldıqdan sonra Van Qoq Fransanın dinc cənubuna köçüb və burada təbiətin ona lazım olan sakitləşdirici dərman olduğunu görüb. Bu zaman o, kiçik qardaşı Teoya yazıb: “Mən də sərv ağacları və ya bəlkə də hər şeydən əvvəl yetişmiş qarğıdalı tarlası ilə ulduzlu gecə keçirməliyəm. Burada gözəl gecələr var.”

1889-cu ildə daha bir dözülməz zehni fasilə yaşadıqdan sonra Van Qoq özünü Sent-Remidəki Saint-Paul sığınacağına salıb və burada “Ulduzlu Gecə” əsərini və bir çox digər məşhur əsərləri, o cümlədən Wheatfield və Irises seriyalarını çəkib. Sığınacaqdakı dəhliz kimi bəzi əsərlər rəssamın ətrafını aydın şəkildə göstərsə də, tarixçilər “Ulduzlu Gecə”-nin qismən uydurma olduğuna inanırlar. Ulduzlu Gecədəki uclu, günbəzsiz kilsə daha çox Van Qoqun atasının işlədiyi Hollandiyada böyüdüyü kilsələrə bənzəyir. Yenə də alimlər “Ulduzlu Gecə”-nin onun fikrindən ilhamlandığını sübut etmək üçün sığınacaqdan Teoya yazdığı xüsusi məktubdan istifadə edirlər: “Bu səhər pəncərəmdən çöllük ərazisini gördüm, səhər günəşdən başqa heç nə görünmürdü". Van Qoq haqqında əlimizdə olan məlumatların əksəriyyəti onun 1872-ci ildən 1890-cı ildə ölümünə qədər Teoya yazdığı 1000-ə yaxın məktubdan ibarətdir. Teo öləndə, qardaşının intiharından cəmi bir neçə ay sonra, məktublar rəssamın bir çox əsəri ilə birlikdə Teonun dul arvadı Yohanna-Bonger Van Qoqun əlində qalıb. İohanna borc götürüb Van Qoqun əsərlərini kiçik sərgilərə bağışlamağa başlayanda mərhum rəssam Avropada rəğbət qazanmağa başlayıb.1914-cü ildən başlayaraq İohanna Vinsent və Teonun yazışmalarının üç cildini nəşr etdirərək Van Qoqa və onun yaradıcılığına, əsasən də Avropa avanqard sənət kolleksiyaçılarının daha dərin və geniş marağına səbəb olub. Rəssamın eyni zamanda faciəli və şirəli həyat yaradıcılığının sənət dünya tendensiyaları ilə birdən-birə sinxronlaşması ilə birləşərək, xüsusilə Almaniya və Fransada onun sənətini kifayət qədər dəyərli edib. Birinci Dünya Müharibəsi başa çatdıqda, 1918-ci ildə, ABŞ çiçəklənmə dövrünü yaşamağa başlayarkən, Avropanı iqtisadi təlatümlər vurub. Fransız və Alman sənət kolleksiyaçıları Van Qoqun əsərlərini çox ucuz qiymətə, əsasən də Nyu-York şəhərini sənət dünyasının yeni mərkəzi kimi təsəvvür etməyə başlayan Amerika sənət kolleksiyaçılarına satıblar. Müasir İncəsənət Muzeyi 1929-cu ildə açılıb və onun ilk sərgisində Van Qoq görkəmli yer tutub. MoMA-nın yaradıcılarından biri 1941-ci ildə “Ulduzlu Gecə”-ni muzeyə vəsiyyət edib və o vaxtdan bəri demək olar ki, fasiləsiz nümayiş etdirilib.

Mənbə: my.meural
Tərcümə etdi: Fidan Şahbazlı

Paylaş
Şərh əlavə et