Bu gün:

Sirkə əvəzinə soda istifadə edin


Sirkə suyu tərəvəzlərdən mikroorqanizmləri təmizləməkdə təsirli ola bilər, lakin xərçəngə səbəb olan pestisidləri yox etməkdə deyil. Sirkə əvəzinə bir çay qaşığı qazlı suda islatmaq çox daha təsirli üsuldur.


Hər 8 qadından birinin ömür boyu döş xərçənginə tutulma riski var. Araşdırmalara görə döş xərçənginin yalnız 5-10 faizi genetikdir və döş xərçənginin əmələ gəlməsində ətraf mühitin və insanın həyat tərzinin əhəmiyyəti kifayət qədər yüksəkdir. Piylənmə, oturaq həyat və spirt istifadəsi kimi faktorların döş xərçəngi üçün böyük risk yaratdığı vurğulanır. 

Digər tərəfdən, ətraf mühitin çirkləndiriciləri ilə döş xərçəngi arasındakı əlaqə son zamanlarda gündəmə gəlib. Xüsusilə son araşdırmalarda, üzvi məhsullarla qidalanmanın menopozdan sonra döş xərçəngi riskini azaltdığı göstərilmişdir. 

Qarpız və pomidorlara diqqət

Pestisidlərin kənd təsərrüfatı sektorunda istifadə edilən və məhsulların zərərli həşəratlardan qorunmasını təmin edən maddələr olduğunu bildirən Dos. Dr. Malya, "İçində pestisidlərin ən çox təsbit edildiyi qidalar lobya, qarpız, kartof və pomidordur. Hormonal tarazlıqdakı pozulmalar, xüsusilə qanda estrogen miqdarını artıran faktorlar döş xərçənginin meydana gəlməsində də təsirlidir. Pestisidlərin endokrin sistemə təsirini göstərən araşdırmalar onların bəzi xərçəng növləri ilə əlaqəli ola biləcəyini göstərdi”.

Mənbə: Güneş qazatesi

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et