Bu gün:

D.Tramp: "Ukrayna müharibəsinin bitməsi üçün tədbir görülmür"


ABŞ prezidenti Donald Tramp gələn həftə Ağ Evə səfərləri öncəsi Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Ser Keir Starmerin Ukraynadakı müharibəni dayandırmaq üçün “heç nə etmədiklərini” deyib.

Tramp həmçinin Ukrayna prezidenti Vladimir Zelenskinin sülh danışıqlarında güclü mövqeyə malik olmadığını bildirib və əlavə edib: "Onun bu görüşlərdə iştirakının o qədər də vacib olduğunu düşünmürəm".

Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Böyük Britaniya, Fransa və digər müttəfiqlər Kiyevi silah və digər yardımlarla təmin edir.

Bazar ertəsi Avropa liderləri Parisdə təcili sammit keçirdilər. Bu görüş, Səudiyyə Ərəbistanında ABŞ və Rusiya arasında planlaşdırılan danışıqlardan bir gün əvvəl baş tutdu və Ukrayna ilə Avropanın sülh prosesindən kənarda qala biləcəyi narahatlıqları fonunda təşkil olundu.

Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et