Bu gün:

Gəlinlərin üstünlük verdiyi ayaqqabı modelləri


Yayın yaxınlaşması ilə başlayan toy mövsümündə bir çox gəlin namizədləri klassik modellər yerinə, rəngli daşlar və krujevalarla bəzədilmiş platformada dabanlı idman ayaqqabılarına üstünlük verirlər.

Cütlüklərə hər il bir çox variantlar təqdim edən ayaqqab sənayesi fərqli üslub və rənglərdə yeni modelləri alıcılara təqdim etməyə başlayıb.

Rahatlığı sevən gəlinlər üçün istehsal edilən vitrinlərdə öz yerini tutan platforma dabanlı idman ayaqqabısı diqqət çəkir.

Rahat gəzmək, rəqs etmək  və fərq yaratmaq  üçün istifadə olunur

Rəngarəng daşlar, krujeva və lentlərlə bəzədilmiş bu ayaqqabılara gəlinlər rahat gəzmək, rəqs etmək və fərqlilik yaratmaq üçün üstünlük verirlər.

Gəlin ayaqqabılarında dəb idmana doğru dəyişib

İbrahim Aytekin gəlinlik ayaqqabılarında modanın idmana doğru dəyişdiyini bildirib.

Toydan sonra da istifadə edə bilirlər

Daha çox idman modellərinin gəlin ayaqqabısı satan mağazaların vitrinlərini bəzəməyə başladığını bildirən Aytəkin qeyd edib: "Onlara idman ayaqqabısının bir az dəbli variantı deyə bilərik. Bir çox gəlin namizədləri, xüsusilə, rahatlığı üçün onlara üstünlük verməyə başlayıblar”.

Vitrinləri bəzəyirlər

Ayaqqabı mağazasının sahibi Soner Çağla toy mövsümünün açıldığını və müxtəlif növ ayaqqabıların vitrinləri bəzədiyini bildirib.

Bəzi gəlinlər  hündür daban ayaqqabı geyə bilmirlər 

Gəlin namizədlərinin tez-tez mağazalara baş çəkərək ayaqqabı aldığını qeyd edən Çağla vurğulayıb: "Bu il keçən ildən fərqli olaraq gəlinlər üçün idman ayaqqabısı var. Bəzi gəlinlər hündür daban ayaqqabı geyinə bilmirlər. Bunun əvəzinə düz dabanlı idman ayaqqabısı alırlar çünki,onlar daha rahatdırlar”.

Mənbə: CNN türk

Tərcümə etdi: Lalə Mənəfova



Paylaş
Şərh əlavə et