Bu gün:

Qəzaya uğrayan Toronto təyyarəsindəki sərnişinlərin hər birinə pul təklif edilib


Delta Air Lines bazar ertəsi Torontoda qəza enişi edən təyyarənin göyərtəsində olan hər bir şəxsə 30 000 ABŞ dolları (23 792 funt sterlinq) təklif edib. Bütün sərnişinlər sağ qalıb.

Kanada şəhərinə eniş zamanı təyyarə alov içində uçuş-enmə zolağı boyunca sürüşərək çevrilib və tərs dayanıb. Sərnişinlər onların əksəriyyətinin xəsarət almadan xilas olması ilə bağlı heyrətlərini ifadə ediblər.

İnsidentin səbəbi hələ məlum deyil və araşdırma aparılır.

Qəza enişindən əvvəl ABŞ-nin Minneapolis şəhərindən havaya qalxan təyyarədə 76 sərnişin və dörd ekipaj üzvü olub.

Delta-nın sözçüsü bildirib ki, təklif edilən məbləğin hüquqi əsası yoxdur və bu, sərnişinlərin hüquqlarına təsir etmir.

Toronto hüquq firması Rochon Genova bəzi sərnişinlər və onların ailələrinin hüquqi addımlar atdığını qeyd edib.

BBC-yə göndərdiyi elektron məktubda hüquqşünas Genova bildirib ki, 30 000 ABŞ dolları məbləğində təzminat qəza qurbanlarına qısamüddətli maliyyə çətinliklərini aradan qaldırmaq üçün nəzərdə tutulan “avans” ödənişidir və aviaşirkət sonradan bu məbləği həll edilmiş iddialardan tutmağa çalışacaq.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et