Bu gün:

Böyük Britaniya üçün təhlükə Rusiyanın dəniz yatağın da gizlənir


2024-cü il Yeni il ərəfəsində yerli vaxtla günortadan az sonra Finlandiyanın Fingrid elektrik şirkətinin işçiləri Finlandiyanı Estoniya ilə birləşdirən əsas sualtı elektrik kabelinin zədələndiyini və Estoniyanın enerji təchizatını əhəmiyyətli dərəcədə azaltdığını gördülər.

Həmin axşam Finqridin şəbəkə əməliyyatları üzrə meneceri Arto Pahkinə Finlandiyanın milli yayımı sitat gətirib: “Bizim təxribatdan tutmuş texniki nasazlığa qədər bir neçə araşdırma xəttimiz var və hələ heç nə istisna edilməyib. Narahatlıq zamanı ən azı iki gəmi kabelin yaxınlığında hərəkət edib”.

Bir neçə saat sonra Finlandiya sahil mühafizəsi heyəti Rusiyanın "Eagle S" gəmisinə minərək onu Finlandiya sularına yönəldib. Onun əsas elektrik kabelini, Estlink 2-ni qəsdən zədələməkdə şübhəli bilinib

Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et