Bu gün:

D.Tramp ABŞ-Rusiya danışıqlarından sonra Ukraynanı tənqid edib


Donald Tramp Ukraynanın prezidenti Vladimir Zelenskinin ölkəsinin Ukrayna müharibəsinə son qoymaq üçün Səudiyyə Ərəbistanında sülh danışıqlarına dəvət edilməməsinin “sürpriz” olduğunu deməsindən sonra Ukraynanı hədəfə alıb.


Tramp Ukraynanın reaksiyasından məyus olduğunu bildirib və deyib ki, bu ölkə təxminən üç il əvvəl Rusiyanın genişmiqyaslı işğalı nəticəsində yaranan müharibəyə son qoymaq üçün “saziş bağlaya bilərdi”.

Onun şərhləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə Səudiyyə Ərəbistanında danışıqlardan sonra ölkəsinin heç bir sülh sazişi çərçivəsində NATO ölkələrindən Ukraynadakı sülhməramlı qüvvələri qəbul etməyəcəyini söylədikdən sonra gəlib.

Rusiya və ABŞ müharibənin sona çatması ilə bağlı danışıqlara başlamaq üçün qruplar təyin etmək barədə razılığa gəldiklərini bildiriblər.


Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et