Bu gün:

Argentina prezidenti kriptovalyutasla bağlı ipmiçment çağırışları ilə üzləşib


Argentina prezidenti Javier Milei sosial mediada kriptovalyuta təbliğatına görə impiçment çağırışları və onu dələduzluqda ittiham edən hüquqi tədbirlərlə üzləşir.

Cümə günü Milei, əvvəllər Twitter kimi tanınan X platformasında $LIBRA kriptovalyutası haqqında paylaşım etdi və bunun kiçik bizneslərə və startaplara maliyyə dəstəyi verəcəyini bildirdi.

O, həmçinin sikkəni almaq üçün bir link paylaşdı, bu da qiymətin yüksəlməsinə səbəb oldu. Lakin bir neçə saat sonra Milei postunu sildi və nəticədə kriptovalyutanın dəyəri kəskin şəkildə azaldı, investorlar isə pullarının böyük hissəsini itirdi.

Konqresdəki bəzi müxalifət üzvləri Mileiyə qarşı impiçment prosesinə başlamağı planlaşdırdıqlarını bildiriblər. Eyni zamanda, vəkillər bazar günü Argentinanın cinayət məhkəməsinə onu dələduzluq ittihamı ilə şikayət ediblər.

Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et