Bu gün:

“Azərbaycan izləyicisi fərqli iş görmək istəyir”



24Media.az-ın budəfəki müsahibi jurnalist, MTV-nin aparıcısı Fariz Osmanlıdır. Tanınmış aparıcı gənclərin niyə aparıcı olmaq üçün jurnalist olmaq istədikləri sualına cavab verib.


Sizcə, niyə jurnalistika ilə maraqlanan gənclər, əsasən, aparıcı olmaq istəyirlər?

- Mənim fikrimcə, hər kəs televiziyanı aparıcıların simasında sevməyə başlayır. Və televiziyaya aparıcı olmaq arzusu ilə gəlir. Onlar ilkin mərhələdə araşdırırlar ki, aparıcı olmaq, televiziyada işləmək üçün nə etmək lazımdır və onlara jurnalistika təhsili almağı məsləhət görürlər. Onlar da bu sahədə təhsil almağa başlayırlar. Daha sonra onları jurnalist kimi televiziyalara, təcrübə proqramlarına göndərirlər. Ümumiyyətlə, bütün televiziyalarda öyrədilir ki, yaxşı aparıcı olmaq üçün yaxşı jurnalist olmaq lazımdır. Jurnalistikanın bütün sahələrindən qismən də olsa, xəbərdar olmalısan. Əslində, araşdırsaq, jurnalist fəaliyyəti ilə məşğul olanların 5 il öncəki arzuladıqları aparıcı olmaq olub. Sadəcə, zamanla onlar jurnalist olublar.
Hər bir insanın məqsədi olur. Mənim də qarşımda qoyduğum böyük hədəfim var. Bir neçə televiziyada çalışmağımın əsas səbəbi məqsədimə çatmaqdır. Hədəfimə çatmaq üçün bir çox televiziyaların təcrübəsindən yararlanmalıyam. Mən ARB, Qafqaz TV, Baku TV, REAL TV, Space kimi kanallarda çalışmışam. Hazırda da MTV-də çalışıram. Bu kanalların hamısının təcrübəsinə, iş strategiyasına bələdəm. Dəyişiklik hər zaman olmalıdır, Azərbaycan tamaşaçısı standartı sevmir. Fərqli iş ortaya qoyanda hər kəs maraqla qarşılayır. Artıq 6 ildir bu sferadayam və bu sözün altını cızaraq deyirəm ki, Azərbaycan izləyicisi fərqli iş görmək istəyir.

Ayşə Məmmədcəfərli

Paylaş
Şərh əlavə et