Hazırda Avropa liderləri bir-birinə qarışıb. Onların bazar ertəsi Parisdə tələsik çağırdıqları təhlükəsizlik sammiti isə bunun ən böyük sübutlarından biridir.
Onlar hələ də ABŞ-nin Ukraynanın gələcəyi ilə bağlı Rusiya ilə danışıqlara dəvət edilməməsindən narahatdırlar. ABŞ prezidenti Donald Tramp bazar günü Rusiya prezidenti Vladimir Putinlə yaxın vaxt ərzində görüşə biləcəyini deyib.
Təzyiq altında olan Avropa siyasi fikir ayrılıqlarını və daxili iqtisadi narahatlıqları bir kənara qoyub, təhlükəsizlik xərcləri və Ukraynanın gələcəyi, o cümlədən potensial olaraq ora qoşun göndərilməsi ilə bağlı vahid cəbhə ilə çıxış edə bilərmi? Onlar hələ də bunun üzərində çalışırlar.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
