Bu gün:

ABŞ-nin xarici siyasətində qarışıqlıqlar baş verir


ABŞ Dövlət Katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransına gedərkən, təyyarənin qabaq şüşəsi çatladığı üçün uçuşdan bir saat sonra geri qayıtmağa məcbur olub.

Amerikanın baş diplomatı, onun yüksək vəzifəli rəsmiləri və səyyar mətbuat cümə axşamı gecəsi Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasına qayıdıb.

Ancaq uçuşla bağlı narahatlığa baxmayaraq, diqqət artıq başqa yerdə idi. Avropada, ABŞ-nin Müdafiə Naziri Pete Hegseth, Ukraynanın prezidenti, Trampın vasitəçiliyi ilə Rusiya ilə sülh sazişi imzalamaq üçün etməli olduğu güzəştlər barədə danışaraq, Amerikanın müttəfiqlərini təəccübləndirdi.

Hegseth, Ukraynanın Rusiya tərəfindən işğal edilmiş suveren ərazisini geri qaytara biləcəyini düşünməyin "qeyri-real" olduğunu, NATO-ya üzvlük tələbinin də "real olmadığını" söyləyib və əlavə edib ki, sülhü qorumaq ABŞ-nin deyil, Avropa qoşunlarının üzərinə düşür.

Tənqidçilər, o cümlədən Vaşinqtondakı bəzi respublikaçılar, bu çıxışı tənqid edərək bildirdilər ki, bu yanaşma Ukraynanın danışıqlardan əvvəl bütün təsir imkanlarını itirməsinə səbəb ola bilər. Onların fikrincə, bu, ABŞ-nin Rusiya prezidenti Vladimir Putinə güzəştə getməsi deməkdir.

Beynəlxalq Əlaqələr üzrə Avropa Şurasının həmsədrlik mərkəzi olan İsveçin keçmiş Baş naziri Karl Bildt: "Bu, əlbəttə ki, danışıqlara başlamazdan əvvəl çox böyük güzəştlərə getmək üçün yenilikçi bir yanaşmadır", - dedi.

Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et