Bu gün:

Zelenskidən çağırış: Avropa ordusunu yaratmağın vaxtıdır


Ukrayna prezidenti Vladimir Zelenski Münhendə keçirilən sammitdə təəccüblü açıqlamalar verib.  “Avropa ordusunu qurmağın vaxtıdır” deyən Zelenski Avropa liderlərinə “Rusiya hücuma keçsə, ordularınız hazırdırmı?” sualını verib. Zelenski ABŞ prezidenti Donald Trampla telefon danışığı aparan Rusiya lideri Vladimir Putini “yalançı” adlandırıb.

“Ukrayna və Yaxın Şərq” prioritetləri ilə başlayan sammitdə Zelenski bildirib ki, kəşfiyyat xidmətləri “Rusiyanın bu yay təlim məşqi bəhanəsi ilə Belarusa qoşun göndərməyi planlaşdırdığına dair dəqiq kəşfiyyat məlumatlarına malikdir”.

Rusiyanın bu addımının Avropa ölkələrinə qarşı əməliyyatların başlanğıcı ola biləcəyini bildirən Zelenski Avropa liderlərinə “Rusiya hücum etsə, ordularınız hazırdırmı?” sualını verib.

Zelenski çıxışına "Rusiya NATO ölkələrinə təcavüz etsə, ittifaq bu hücuma necə cavab verəcək və ya cavab verəcəkmi?" sualını verməklə davam edib.

Zelenski Fransa prezidenti Emmanuel Makronun Avropanın daha güclü və bir-birinə bağlı müdafiəyə malik olması ilə bağlı çağırışını təkrarlayıb.

O bəyan edib ki, Avropa liderləri Rusiyanın hərbi hərəkətlərinə cavab olaraq Avropa ordusunu qurmağa başlamalıdırlar.

“Mən həqiqətən inanıram ki, Avropanın silahlı qüvvələrini yaratmağın vaxtı çatıb”, - deyə Zelenski bildirib. "Düzünü desək, biz artıq Amerikanın Avropanı təhdid edə biləcək məsələlərdə “yox” deyə biləcəyinə göz yuma bilmərik.”-deyib.

Zelenski, müharibənin üçüncü ilinə yaxınlaşdıqca Rusiyanın ordusuna 150 min əsgər əlavə etdiyini və bu rəqəmin Avropa ölkələrinin ordularından daha çox olduğunu bildirib.

Avropanın ABŞ-yə öz təhlükəsizliyinə ciddi yanaşdığını göstərmək üçün addımlar atmalı olduğunu deyən Zelenski vahid xarici və müdafiə siyasəti ətrafında birləşməli olduqlarını bildirib.

Mənbə: Hürriyyet

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et