Bu gün:

Ukrayna oyunu bitirir: Tərəflər sülh sazişində nə istəyir?


ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlara başlamaq barədə razılığa gəlinən gözlənilməz telefon danışığından bir neçə gün sonra Münhen Təhlükəsizlik Konfransında (MSC) Ukraynanın gələcəyi əsas müzakirə mövzusuna çevrilib.

Bu həftənin əvvəlində edilən zəngi "möhtəşəm" adlandıran Tramp, bu "dəhşətli və çox qanlı müharibəni bitirmək üçün yaxşı bir imkan" olduğunu bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski xəbərdarlıq edib ki, ölkəsi heç bir sülh danışıqlarından kənarda qalmamalıdır.

Fransa Prezidenti Emmanuel Makron, Rusiyaya təslim olmağı nəzərdə tutan istənilən sülh sazişinin “hamı üçün pis” nəticələnəcəyini xəbərdar edərək Avropa müttəfiqlərini bu çağırışın mahiyyəti qarşısında təəccübləndirib. 

Sülh danışıqlarının nə vaxt başlaya biləcəyi hələ də bəlli deyil, lakin onlar ərazi ilə bağlı məsələləri həll edərkən, təhlükəsizlik danışıqları və Ukraynanın NATO-dakı gələcəyi əsas müzakirə mövzuları arasında olacaq.

Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et