Çox güclü rəqabətə baxmayaraq, Fyodor Dostoyevski bütün dövrlərin ən çox oxunan və ən yüksək qiymətləndirilən rus romançılarından biri olaraq qalır. Onun məşhur romanları—“Karamazov qardaşları” (1880), “Cinayət və Cəza” (1866) və “Yeraltından Qeydlər” (1864)—psixoloji realizmlə ekzistensial fəlsəfənin kəsişməsində özünəməxsus bir yer tutub. Bu böyük əsərlər çox dəyərli olsa da, onlar qara yumor və qəribə bir sevinc hissi ilə doludur. Bu da, bəlkə, yazıçının həyatına görədir.

O, qumar borclarını ödəmək üçün yazıb
Dostoyevski həyatının böyük hissəsində pul çətinliyi çəkib. O, qumara çox aludə olub və bu vəziyyətini daha da pisləşdirib. Bir dəfə borclarını ödəmək üçün bir nəşriyyatla razılaşıb. Əgər noyabrın 1-nə qədər bir roman yazıb təhvil verməsə, nəşriyyat onun əvvəlki bütün əsərlərinin hüquqlarını doqquz il müddətinə əlindən alacaqdı.
Bir romanı 26 günə yazıb
Yuxarıdakı mübahisəli müqaviləyə daxil olduqdan sonra Dostoyevski “Cinayət və Cəza” üzərindəki işini dayandırmağa məcbur olub (çünki o bu romanı vaxtında bitirə bilməyəcəyini başa düşüb) və mümkün qədər tez “Oyunçu” (1867) adlı başqa bir roman yazmağa başlayıb.
Onun əsərləri Ralph Ellisona ilham verib
Dostoyevski Ralph Ellisona böyük və birbaşa təsir göstərib. Belə ki, Ralph Ellisonun “Görünməz Adam” (1952) romanının hekayəçisi (və strukturu) birbaşa Dostoyevskinin “Yeraltından Qeydlər” əsərinə əsaslanır.
Saxta edamın iştirakçısı olub
25 yaşında ilk romanının çap olunması və yaxşı qarşılanmasından sonra Dostoyevski Çar I Nikolaya qarşı sui-qəsd hazırladığı iddia edilən liberal, ateist bir müzakirə qrupuna qoşulub. Qrupu cəzalandırmaq istəyən çar onların hamısını edama məhkum edib. Ancaq edamdan əvvəl, görünür, hər məhbusun başına saxta bir qılınc qırılmaqla rəmzi bir edam mərasimi keçirilib. Daha sonra atəş açmağa hazırlaşan edam dəstəsi çardan gələn bağışlanma əmri ilə son anda dayandırılıb. Bunun əvəzinə Sibirə ağır əmək cəzasına məhkum edilib.
O, epileptik idi
Dostoyevski həbsxanada olduğu dörd il ərzində tez-tez qıcolmalar keçirib. Əslində, epilepsiya onun üçün yeni bir şey olmayıb. Xüsusilə həyatının son illərində sağlamlığı pisləşdikcə bu xəstəlik yenidən güclənib. Bununla belə, epilepsiyası onun “İdiot” romanını yazmasına təsir edib. Bu romanda Rusiyada səyahət edən və Məsihə bənzəyən epileptik bir obrazın həyat hekayəsi təsvir olunub.
Çar II Aleksandr onun öz uşaqlarına dərs deməsini istəyib
Çar I Nikolay Dostoyevskiyə qarşı soyuq münasibət bəsləsə də, sonradan yazıçının şöhrəti artdığına görə çarist rejim üçün daha məqbul şəxsə çevrilib. Onun oğlu Çar II Aleksandr isə Dostoyevskiyə daha yaxşı münasibət göstərib. Hətta bir dəfə onu saraya dəvət edib, əsərini oxumasını istəyib və sonra oğullarına dərs verməsini təklif edib. Bu, atasının Dostoyevskiyə qarşı münasibəti ilə müqayisədə böyük bir dəyişiklik idi. Aleksandrın daha yumşaq siyasət yürütməsi təəccüblü deyil, çünki o, Rusiyada serfləri azad edən çar idi.
Vladimir Nabokov onu bəyənməyib
Nabokov bir çox şeyləri sevməyib: caz musiqisini, ictimai hovuzları, psixoanalizi, Thomas Mannı, William Faulkneri və s. Ancaq Nakbov, bəlkə də, bütün dövrlərin ən böyük rus yazıçılarından biri olsa da (baxmayaraq ki, “rus” anlayışını fərqli tərzdə qəbul etmək olar; çünki onun ən yaxşı əsərləri Amerikaya köçdükdən sonra ingilis dilində yazılıb), Dostoyevskinin yaradıcılığına qarşı xüsusi bir antipatiya bəsləyib. O, Dostoyevskinin əsərlərini səthi və uşağa xas hesab edib, “Cinayət və Cəza”nı isə laqeyd şəkildə “Kimə lazımdır?” sözləri ilə dəyərləndirib. Xoşbəxtlikdən, Nabokovun bu tənqidləri Dostoyevskinin uzunmüddətli nüfuzuna ciddi zərər vurmayıb.
Mənbə: BooksTellYouWhy
Tərcümə etdi: Nigar Muştaqova
