Bu gün:

Ukrayna niyə NATO-ya üzv deyil və D.Tramp-ın bu barədə açıqlaması nədir?


ABŞ prezidenti Donald Tramp Ukraynanın NATO-ya, hərbi alyansa qoşulmasının çətin olduğunu deyib.

Bu sözlər Trampın Rusiya prezidenti Vladimir Putinlə Ukraynada müharibəyə son qoymaq üçün danışıqlara başlamaq barədə razılığa gəldiyini dediyi bir vaxta təsadüf edib.

ABŞ-nin Müdafiə Naziri Pit Hesqet NATO-nun Avropalı üzvlərini müdafiə xərclərini artırmağa çağırıb. O, vurğulayıb ki, Avropa ölkələri kollektiv təhlükəsizliyi gücləndirmək üçün daha çox maliyyə vəsaiti ayırmalıdırlar. Hesqet, xüsusilə, Ukraynanın hərbi dəstəyə ehtiyacının artdığını qeyd edərək, NATO-nun Avropalı üzvlərinin bu yardımların “böyük” hissəsini təmin etməli olacaqlarını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Ukraynaya dəstək verməyə davam etməsinə baxmayaraq, Avropa ölkələrinin də bu məsuliyyəti bölüşməsi və regional təhlükəsizliyi qorumaq üçün daha fəal rol oynaması vacibdir.

Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et