Müharibədə Rusiyanın tank itkiləri 10 minə yaxınlaşdı. Sosial şəbəkə istifadəçiləri İkinci Dünya Müharibəsindən qalma Sovet istehsalı olan T-34 tankının döyüş meydanına qayıda biləcəyini iddia edirlər. Rusiya tanklarının itkilərinin sayı Moskvanın işğalı zamanı texnika və qoşun baxımından ödədiyi yüksək qiyməti göstərir. Ukrayna Müdafiə Nazirliyinin açıqladığı rəqəmlər sosial şəbəkələrdə İkinci Dünya Müharibəsində istifadə edilən Sovet istehsalı olan T-34 tankının döyüş meydanına qayıda biləcəyi ilə bağlı fərziyyələrdən sonra ortaya çıxıb. Keçmiş sovet tankının Moskvanın genişmiqyaslı işğalında istifadə edilib-edilmədiyini təsdiqləmək mümkün olmayıb.
Rusiya tanklarının Ukraynada itkilərinin sayı onun Moskvanın işğalında texnika və qoşun baxımından ödədiyi yüksək qiymətdən xəbər verir. Sosial şəbəkələrdə yayılan köhnə T-34 tankının görüntüləri Rusiya prezidenti Vladimir Putinin aqressiyasının davamlılığı ilə bağlı mülahizələri artıracaq.
Ukraynalı X-istifadəçisi MAKS 24, Rusiyanın T-34 tankının təyyarədaşıyıcıda naməlum yerdə daşındığını göstərən görüntüləri paylaşıb. Ötən il İkinci Dünya Müharibəsinin bitməsinin 79-cu ildönümünə həsr olunmuş “Qələbə Günü” paradında Qızıl Meydanda tək T-34 tankının olması Rusiyanın müasir hərbi texnika çatışmazlığı ilə bağlı internetdə spekulyasiyalara səbəb olub. Ukrayna Müdafiə Nazirliyi bazar ertəsi günü Rusiyanın son 24 saat ərzində 9 tankını itirdiyini açıqlayıb. Bu, müharibənin başlanğıcından bəri ilk dəfə olaraq avtomobil itkilərinin ümumi sayını 10.000-dən yuxarı qaldırıb.
Mənbə: NTV
Tərcümə etdi: Səma İsmayılova