Bu gün:

“Qarğıdalı yarması” əməliyyatı


Hər il fevralın 8-də İkinci Dünya Müharibəsinin ən qeyri-adi və böyük cəsarət tələb edən əməliyyatlarından biri olan "Qarğıdalı yarması" əməliyyatının başlanmasının ildönümü qeyd olunur.

1945-ci ilin fevralında Romada Müttəfiqlər tərəfindən hazırlanmış bu əməliyyatın əsas məqsədi alman qoşunlarını çaşdırmaq üçün genişmiqyaslı dezinformasiya yaymaq idi. Planın mahiyyəti minlərlə saxta məktub hazırlamaqdan ibarət olub. Daha sonra Müttəfiqlər xüsusi olaraq poçt qatarlarına hücum edərək bu məktubları ətrafa səpələyiblər. Beləliklə, almanlar məktubları ələ keçirəndə onları həqiqi hesab edərək yanlış məlumatlara əsaslanan qərarlar verməli olublar.

Almanlar heç bir hiylədən şübhələnmədən məktubları toplayaraq göstərilən ünvanlara göndəriblər. Bu məktublarda Hitlerin şəxsi həyatına dair xatirələr, alman əsgərlərini təslim olmağa çağıran mesajlar və onların döyüş ruhunu sarsıtmaq üçün müxtəlif təhqiramiz ifadələr yer alıb. Beləliklə, Müttəfiqlər psixoloji müharibə apararaq düşmən qüvvələrinin mənəvi durumuna ciddi zərbə vurmağa çalışıblar.

Mənbə: Another History 

Tərcümə etdi: Səid Quliyev


Paylaş
Şərh əlavə et