Faciənin və gülməyin bir araya gələrək hər bir səhnəni daha ziddiyyətli və canlı eden “ İdoit” romanı,məlum oldu ki, “Məktəb oxu” dərnəyindən qalan sadə bir kitab yox, son dərəcə müasir və öngörüşlü hekayədir.
İdeya
Romana 1867-ci ilin payızında başlansa da, orijinal variant müəllifi qane etmədi və o, yazmağa müvəffəq olduğu hər şeyi məhv etdi və 18 dekabr 1867-ci ildə başqa bir plan üzrə “başqa bir roman”a başladı. Birinci “İdiot” xaraktercə Stavroginə və Raskolnikova daha yaxın idi, “qürurla çıxış və xilas yolu axtarırdı”, “pis niyyətlə hər şeyi edirdi və elə bilirdi ki,bu belə də olmalıdır”, onun fikri belə idi: “ya tiran kimi hökmranlıq et, ya da çarmıxda hamı üçün öl”.
Romanın yeni nəşrinin ideyası “tamamilə gözəl bir insanı təsvir etmək”idi. Dostoyevski Maykova yazdığı məktubda bu fikrin onu çoxdan əzablandırdığını, “roman düzəltməkdən qorxuram, çünki fikir çox çətindir və mən buna hazır deyiləm” yazır. Dostoyevski özünün “çıxılmaz vəziyyəti” ilə bu “ölçüyəgəlməz işi”, bu “tamamilə yetişməmiş düşüncəni” üzərinə götürməyə məcbur oldu.
Yaranma tarixi
Dostoyevskinin bəhs etdiyi “çıxılmaz vəziyyət” məcburi şəkildə Avropaya getməkdən ibarət idi - o, Sankt-Peterburqda tez-tez epilepsiya tutmasından əziyyət çəkdiyi, kreditorlardan qaçdığı üçün, səhhətini yaxşılaşdırmağa ümid edirdi və qumara olan patoloji aludəçiliyindən çıxmağa çalışırdı. 1868-ci ildə "İdiot" üzərində işləyərkən onun ilk övladı - Sonya adlı qızı dünyaya gəlib və o, cəmi iki ay sonra ölüb. “İdiot” üzərində işləyərkən Dostoyevskilər durmadan bir yerdən başqa yerə köçürdülər: Drezdendən Cenevrəyə, oradan Veveyə, Milana, Florensiyaya.
Roman ilk dəfə "Russkiy Vestnik" qəzetinin 1868-ci il nömrələrində çap olunub. Roman üçün hazırlıq materialları olan üç dəftər günümüzə qədər gəlib çatmışdır, lakin nə qaralama, nə də son əlyazması günümüzə qədər gəlib çatmayıb. Çünki Dostoyevski Rusiyaya qayıtmazdan əvvəl bütün əlyazmalarını yandırıb,həyat yoldaşının dediyinə görə, "Rusiya sərhəddində şübhəsiz ki, onu axtaracaqlar və sənədləri əlindən alınacaq və 1849-cu ildə həbs olunarkən bütün sənədləri yoxa çıxdığı kimi, bu sənədlərdə yoxa çıxacaq" deyə qorxdu.
Edamdan əvvəl son dəqiqələr - Dostoyevskinin şəxsi hekayəsi
Mışkinin Fransada edamın necə şahidi olması və ölümə məhkum edilmiş bir insanın hissləri haqqında düşüncələri Dostoyevskinin şəxsi hekayəsidir. 1849-cu il dekabrın 2-də Petraşevski işi üzrə məhkum olunmuş Dostoyevski və başqalarına ölüm hökmü verilib. Hökm elan edildikdən sonra “İttiham!” əmri verilib. Son anda gülləbaran dəstəsini atəşə tutmaq əmri verilmək üzrə olanda I Nikolayın lütfü ilə ölüm cəzası ağır əməklə əvəz olunub.
Nastasya Filippovnanın qətlinin sirri
Nastasya Filippovnanın öldürülməsi səhnəsi əsl cinayət üzərində qurulub. Romanı müasir və inandırıcı etmək üçün Dostoyevski Avropada olarkən qarşısına çıxan bütün rus qəzetlərini oxuyur, səs-küylü hadisələrin xəbərlərinə xüsusi diqqət yetiririb.
1867-ci ildə qəzetlər zərgər Kalmıkovun öldürülməsi haqqında məlumat verdi. Qatil tacir Mazurin cinayəti ona miras qalan böyük bir evdə törədib. Cinayətdən sonra Mazurin Amerika yağı və Jdanov mayesini (xoşagəlməz qoxunu maskalaya bilən məhlul) alıb.
Qısqanclıqdan dəli olan Roqojin qurbanının cəsədini yağ örtüyünə necə bükdüyünü, bunun da Amerika istehsalı olduğunu danışır. Və o, xoşagəlməz qoxuları maskalamaq üçün istifadə edilən bir neçə şüşə maddə gətirib. Qətl indicə baş vermiş kimi görünsə də...
Gözəllik dünyanı xilas edəcək
Usta sözə çevrilmiş bu ifadə kifayət qədər qeyri-müəyyən və ziddiyyətlidir. Nastasya Filippovnanın gözəlliyi əzab və ölüm gətirir. Dostoyevskinin özü, təbii ki, mənəvi gözəlliyi nəzərdə tuturdu.
Mətndə bu ifadə iki personaj tərəfindən kədərli, istehzalı tonla tələffüz olunur: Aqlaya Epançina və sağalmaz xəstə İppolit Terentyev.
Niyə “İdiot”?
“İdiot” sözünün tarixi mənası cəmiyyətdən uzaq, öz daxilində yaşayan insandır. Qədim yunan sözü ἰδιώτης “ayrı-ayrılıqda, özəl” (qədim Afinada onlar, xüsusən də ictimai həyatda iştirak etməyən vətəndaşları belə adlandırırdılar).Antik dövrdə ictimai həyatda iştirak etməyənlərə belə ad verilirdi. Məsələn, knyaz, şəhər meydanında keçirilən ənənəvi görüşlərə məhəl qoymurdu. Beləliklə, knyaz Mışkin cəmiyyətin konvensiyalarına uyğun gəlmir, ya sonsuz alicənablıq, ya da ədəb qaydalarını pozan davranış nümayiş etdirirdi.
Romanın sonunda, Nastasya Filippovnanın öldürülməsindən sonra "idiot" sözünün başqa bir mənası aktuallaşır: "ruhi xəstə".
Mənbə: dzen.ru
Tərcümə etdi: Fatimə Umarbəy