Bu gün:

Şəxsi söhbətlərinizi necə məxfi saxlaya bilərsiniz?


Rəqəmsal dünyada şəxsi ünsiyyətin təhlükəsizliyi vacibdir. İş cihazlarında və Wi-Fi şəbəkələrində yazışmalar izlənilə bilər. Buna görə də şəxsi söhbətləri şəxsi cihazlarda və şifrələnmiş platformalarda aparmaq məsləhətdir.

Mütəxəssislər "Signal"ı ən etibarlı mesajlaşma tətbiqi kimi tövsiyə edirlər. O, ucdan-uca şifrələmə təklif edir və məlumatları üçüncü şəxslərə ötürmür. “İtən mesajlar” funksiyası aktivləşdirilərsə, yazışmalar müəyyən müddətdən sonra avtomatik silinir.

İnternetdə anonim qalmaq üçün VPN və ya "Tor" brauzeri istifadə oluna bilər. Tor trafiki müxtəlif serverlər üzərindən yönləndirərək IP ünvanınızı gizlədir. Bu, axtarışlarınızın izlənilməsinin qarşısını alır.

Bəzi qurumlar məlumat sızmalarının qarşısını almaq üçün e-poçtlara fərdi işarələr əlavə edir, çap olunan sənədlərə isə izləmə kodları yerləşdirə bilər. Buna görə məxfi məlumatları paylaşarkən ehtiyatlı olmaq vacibdir.

Təhlükəsiz rabitə üsullarını öyrənmək və dostlarınıza da öyrətmək gələcək risklərdən qorunmağa kömək edəcək.

Mənbə: CNN News

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et