TechCrunch xəbər verir ki, Meta-nın baş süni intellekt alimi Yann LeCun, böyük dil modelləri (LLM) paradiqmasının qısa müddət ərzində aktuallığını itirəcəyini bildirib. Onun sözlərinə görə, hazırkı LLM-lər üç-beş il ərzində artıq istifadə olunmayacaq.

Davosda keçirilən "Texnologiya üzrə Müzakirə" sessiyasında çıxış edən LeCun, süni intellektin indiki formasının – generativ süni intellekt və böyük dil modellərinin yetərincə effektiv olmadığını deyib. "Bu sistemlər faydalıdır, amma bir çox baxımdan çatışmazlıqları var", – deyə alim vurğulayıb.
O hesab edir ki, yaxın illərdə süni intellektin yeni bir paradiqması meydana çıxacaq və bu yeni yanaşma mövcud sistemlərin məhdudiyyətlərinə malik olmayacaq. LeCun əlavə edib ki, gələcək süni intellekt sistemlərində LLM-lər artıq mərkəzi komponent kimi istifadə edilməyəcək.
Ekspertlərin fikrincə, süni intellektin inkişafında fundamental dəyişikliklər gözlənilir və bu sahədə yeni texnologiyaların formalaşmasına səbəb ola bilər.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
