Hakim, prezident Donald Trampa ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) 2200 işçini ödənişli məzuniyyətə buraxmağı müvəqqəti olaraq qadağan edib.
Hakim Karl Nikols, agentliyi xilas etməyə çalışan iki həmkarlar ittifaqının son dəqiqə iddiasına cavab olaraq, müvəqqəti məhdudlaşdırma qərarı verdi .
Qərar bir həftə ərzində, fevralın 14-ü gecə yarısına qədər qüvvədə olacaq.
Tramp, ABŞ-nin xaricə yardım agentliyi olan USAID-nin vergi ödəyicilərinin pullarının səmərəli istifadəsi olmadığını bildirib və onu ləğv etmək istədiyini söyləyib. O, agentliyin 10,000 işçisindən 611 nəfəri istisna olmaqla, qalanlarını məzuniyyətə göndərməyi planlaşdırır.
Təxminən 500 işçi artıq inzibati məzuniyyətə buraxılıb və daha 2,200 işçi cümə günü gecə yarısından sonra (GMT 05:00) onlara qoşulmalıdır.
Lakin cümə günü son dəqiqə iddiası hökumətin ABŞ Konstitusiyasını pozduğunu, həmçinin işçilərin zərər çəkdiyini iddia edib.
Hakim Nikols, həmkarlar ittifaqlarının mövqeyini müdafiə edərək, məhkəmə müdaxilə etməsə, hökumətə heç bir zərər dəyməyəcəyini, əksinə, həmkarlar ittifaqlarının "düzəlməz zərər" görəcəyini vurğuladı.
"Hazırda inzibati məzuniyyətdə olan bütün USAİD əməkdaşları həmin tarixə qədər işə cəlb olunacaq və həmin tarixə qədər e-poçt, ödəniş və təhlükəsizlik bildiriş sistemlərinə tam giriş imkanı veriləcək. Həmçinin heç bir əlavə işçi inzibati məzuniyyətə buraxılmayacaq, " - deyə Nikols yazıb.
Hakim çərşənbə günü keçiriləcək iclasda daha uzunmüddətli fasilə tələbinə də baxacağını bildirib.
Məhkəmə qərarından sonra agentliyin yerdə qalan işçilərinin taleyinin necə olacağı bəlli deyil.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
